BİZİM TƏQVİM:9 avqustda baş vermiş mühüm TARİXİ HADİSƏLƏR

1920-ci ilin bu günündə bolşevik Rusiyasının XI ordu hissələri Azərbaycanın ardınca Ermənistanı da sovetləşdirmək üçün Sisiyan, Qafan və Gorus istiqamətində hücuma keçərək Dro və Nijdenin daşnak qüvvələrini oradan vurub çıxarıb.

Bolşeviklərin gəlişi daşnakların Zəngəzur bölgəsindəki azərbaycanlı əhaliyə qarşı qırğınlarının qarşısını, qismən də olsa aldı. Lakin çox keçməmiş bu “xilaskarlıq” əks üzünü göstərdi və Zəngəzur Sovet Ermənistanına verildi.

Bəs, avqustun 9-da dünyada daha hansı hadisələr baş verib?

1. Dünyanın ən məşhur tarixi abidələrindən olan Piza qülləsinin zəng qisminin inşası 1173-cü ilin 9 avqustundan başladı. 8 mərtəbəli 56 metrlik bu qüllənin tikintisi bundan 27 il sonra (1190) tamamlandı.

2. 9 avqust 1915-ci ildə türk polkovniki Mustafa Kamal Paşanın tabeliyindəki Osmanlı hərbi birlikləri Çanaqqala Gelibolu yarımadasındakı Anafartalar bölgəsini ələ keçirməyə çalışan İngiltərə və müttəfiqlərinin hərbi qüvvələrini darmadağın edərək Birinci Anafartalar Zəfərini qazandı.

3. 1919-cu ilin bu günündə Böyük Britaniya ilə İran arasında bağlanan sazişə əsasən, İran Britaniyadan tam asılı dövlətə çevrilib, ölkədəki ingilis hərbi qüvvələrinə geniş səlahiyyətlər verilib. Razılaşma ölkədə Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında xalq hərəkatını alovlandırıb.

Təbrizdə ingilis hökmranlığına qarşı çıxışlar başlanıb, İran şahının valisi şəhərdən qovulub. Bundan sonra əhalinin tələbi ilə ingilis hərbi birləşmələri də Təbrizdən çıxarılıb. Sənəddə İran tərəfi Azərbaycan Xalq Cümhuriyyətinə qarşı hər hansı ərazi iddiası olmadığını bildirmişdi.

4. 1942-ci il 9 avqustda Hindistandakı qiyamlarda Mahatma Qandi (Mahatma Gandhi) və 50 tərəfdarı İngiltərə müstəmləkə hökuməti tərəfindən həbs olundu.        

5. 1942-ci ilin 9 avqustunda Uolt Disneyin “Bembi” tammetrajlı cizgi filmi ilk dəfə ekrana çıxıb. 

6. 1945-ci ildə Hirosimadan sonra avqustun 9-da Amerika Birləşmiş Ştatları Yaponiyanın ikinci şəhəri Naqasakiyə atom bombası atdı. Hücumda 40 min adam həyatını itirdi. İmperator Hirohito müttəfiqlərə təslim olmaq məcburiyyətində qaldı.

Elə həmin gün SSRİ tərəfindən Yaponiyaya müharibə elan olundu. Daha çox formal xarakter daşıyan bu müharibədə SSRİ Cənubi Kuril adalarını işğal etdi. Amma bu günə qədər Rusiya ilə Yaponiya arasında mövzu ilə əlaqədar müqavilə imzalanmayıb. 

7. 9 avqust Sinqapurun müstəqillik günüdür.

8. Kipr Barış Hərəkatından sonra, 1975-ci ilin 9 avqustundan 9 min türk ev-eşiklərindən ayrılaraq adanın cənubundan şimalına köç etməyə başladı.

9. 9 avqust 1992-ci ildə Barselonada 25-ci Olimpiada Oyunları başlandı.

10. 1992-ci ilin bu günündə Azərbaycan Milli Ordusu Gədəbəy rayonunun Başkənd qəsəbəsinin erməni silahlı qüvvələrindən təmizləyiblər. Başkənd vaxtilə Azərbaycan ərazisində anklav formada yerləşən və Ermənistanın xəritəsinə daxil edilən iri yaşayış məntəqəsi olub.

Qarabağda hərbi əməliyyatların başlamasından sonra Ermənistan ordusu həmin anklavdan Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi və orada çoxsaylı hərbi qüvvələrini yerləşdirmişdi.

9 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Məşhur İtaliya fiziki və kimyaçısı Amedeo Avaqadro 1776-cı ilin bu günü dünyaya gəlib.  

2. İlk Azərbaycanlı generallardan biri Hüseyn xan Naxçıvanski 9 avqust 1863-cü ildə doğulub.

3. Azərbaycanın tanınmış mədəniyyət xadimi, dramaturq, şair və publisist Mirzə Məhəmməd Axundzadə 1875-ci ilin 9 avqustunda anadan olub.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında da xidmətləri olan Mirzə Məhəmməd bu dövrdə (1918-1920) maarif nazirinin müavini vəzifəsində çalışıb. O həmçinin Bakı Dövlət Universitetinin yaradılmasının təşəbbüsçülərindən biri olub. (1875-1923)

4. 9 avqust 1912-ci ildə Əməkdar mədəniyyət işçisi, jurnalist, kino xadimi Bağır Seyidzadə (1912-1968) doğulub. Respublikanın Kinematoqrafiya naziri (1949-1952), Mədəniyyət nazirinin müavini, Azərbaycan Teleqraf Agentliyinin (indiki AZƏRTAC) sədr müavini işləyib.

5. Azərbaycanın məşhur qarmon ustası Teyyub Dəmirov 9 avqust 1970-ci ildə dünyasını dəyişib.

6. 9 avqust 2022-ci ildə Əməkdar rəssam Arif Məhərrəmov (5.8.1948 – 2022) vəfat edib. O “Azərbaycanfilm”də bir sıra bədii və animasiya filmlərinin quruluşçu rəssamı olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyevin təntənəli qarşılanması – Ağ Evdən yeni VİDEO

İlham Əliyevin təntənəli qarşılanması – Ağ Evdən yeni VİDEO

Ramil Şeydayev “Neftçi”dən GEDƏ BİLƏR

Ramil Şeydayev “Neftçi”dən GEDƏ BİLƏR

Şabranda meşədə itkin düşən şəxs belə XİLAS EDİLDİ – VİDEO

Şabranda meşədə itkin düşən şəxs belə XİLAS EDİLDİ – VİDEO

İlkin Həsəni ailəsinə əsəbiləşdi: “Bir də sizinlə gəzməyə çıxmaram” – VİDEO

İlkin Həsəni ailəsinə əsəbiləşdi: “Bir də sizinlə gəzməyə çıxmaram” – VİDEO

Samur-Abşeron kanalı QURUYUR? – VİDEO

Samur-Abşeron kanalı QURUYUR? – VİDEO

İlham Əliyevlə Tramp arasında maraqlı DİALOQ – “9 nəvəm var” – VİDEO

İlham Əliyevlə Tramp arasında maraqlı DİALOQ – “9 nəvəm var” – VİDEO

Bu halda kredit borcları silinə bilər

Bu halda kredit borcları silinə bilər

Qarındakı artıq piylərdən qurtulmağın ƏN ASAN YOLU

Qarındakı artıq piylərdən qurtulmağın ƏN ASAN YOLU

İlham Əliyevdən Sinqapur Prezidentinə MƏKTUB

İlham Əliyevdən Sinqapur Prezidentinə MƏKTUB

Voleybol millimiz seçmə mərhələyə necə hazırlaşır? – Baş məşqçidən AÇIQLAMA

Voleybol millimiz seçmə mərhələyə necə hazırlaşır? – Baş məşqçidən AÇIQLAMA

“Rusiya hərbi bazasını Ermənistandan çıxaracaq” – Verdyandan SENSASİON AÇIQLAMA

“Rusiya hərbi bazasını Ermənistandan çıxaracaq” – Verdyandan SENSASİON AÇIQLAMA

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ baş verdi - FOTO

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ baş verdi - FOTO

Ən çox borcu olan ölkələr AÇIQLANDI – SİYAHI

Ən çox borcu olan ölkələr AÇIQLANDI – SİYAHI

İrandan Vaşinqtonda əldə olunan razılaşmalara REAKSİYA

İrandan Vaşinqtonda əldə olunan razılaşmalara REAKSİYA

Gəncədə müəmmalı CİNAYƏT – 24 yaşlı oğlan BIÇAQLANDI

Gəncədə müəmmalı CİNAYƏT – 24 yaşlı oğlan BIÇAQLANDI

Ağ Evdən tarixi görüşlə bağlı PAYLAŞIM – VİDEO

Ağ Evdən tarixi görüşlə bağlı PAYLAŞIM – VİDEO

Alimlər Yer kürəsində buz dövrünə səbəb olan kometanın izlərini tapdılar

Alimlər Yer kürəsində buz dövrünə səbəb olan kometanın izlərini tapdılar

Sülh sazişinin paraflanması ilə bağlı Avropa İttifaqından AÇIQLAMA – EKSKLÜZİV

Sülh sazişinin paraflanması ilə bağlı Avropa İttifaqından AÇIQLAMA – EKSKLÜZİV

“Qalatasaray” mövsümə qələbə ilə başladı - VİDEO

“Qalatasaray” mövsümə qələbə ilə başladı - VİDEO

Azərbaycanın diplomatik ZƏFƏRİ – Ağ Evdə hansı razılaşmalar ƏLDƏ OLUNDU? – Anar Tahirov yazır...

Azərbaycanın diplomatik ZƏFƏRİ – Ağ Evdə hansı razılaşmalar ƏLDƏ OLUNDU? – Anar Tahirov yazır...

Paşinyan Ağ Evdə İlham Əliyevlə foto çəkdirdi – VİDEO

Paşinyan Ağ Evdə İlham Əliyevlə foto çəkdirdi – VİDEO

Sərxoş vəziyyətdə avtomobil sürdü - Həbs edildi – VİDEO

Sərxoş vəziyyətdə avtomobil sürdü - Həbs edildi – VİDEO

İllərdir Sibel Can adı ilə tanınırdı - Əsl soyadı üzə çıxdı

İllərdir Sibel Can adı ilə tanınırdı - Əsl soyadı üzə çıxdı

Ərəb turistləri daşıyan mikroavtobus dərəyə aşdı – Ölən və yaralananlar var – VİDEO

Ərəb turistləri daşıyan mikroavtobus dərəyə aşdı – Ölən və yaralananlar var – VİDEO

End of content

No more pages to load

RADİO