Şahbuz şəhərində fəaliyyət göstərən kafedə sanitariya qaydalarına əməl olunmadığı aşkarlanıb.
Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Şahbuz şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən “Okean” kafesində plandankənar yoxlama aparılıb.
Nəticədə kafedə gigiyenik qaydalara əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə riayət olunmadığı, çiy dönərin qəbulu və termiki emalı zamanı sanitariya qaydalarına əməl olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi və obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi aşkarlanıb.
Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.
Bizim.Media