Gəncə şəhər stadionunda bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, tikintisi aparılan mərkəzi stadionda ölüm faktı qeydə alınıb.
Belə ki, orada çalışan 1973-cü il təvəllüdlü Samir Əliyev vəfat edib. İlkin məlumata görə, adıçəkilən şəxsin anidən səhəti pisləşib və o dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər Baş Prokurorluğunda araşdırma başlanılıb. (Qafqazinfo.az)
Bizim.Media