“Cadugərin yanına gedənin 40 gün duası qəbul olunmur” - İlahiyyatçı

Keçmişdən gələn inanclardan biri də cadunun varlığıdır. Bəziləri bunu boş inanc sayır, bəziləri isə onun həqiqətən dağıdıcı və ölümcül təsirə malik olduğunu düşünür.

Bəs, cadunun insan həyatına bu qədər təsir gücü varmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib ki, sehr, falçılıq və cadu qədim dövrlərdən bəri müxtəlif xalqların mədəniyyət və inanc sistemində yer alıb:
 

“Şamanlar, qədim Babillilər, hindlilər və misirlilər kəhanətlərdən, faldan və cadudan istifadə ediblər. Hətta Misir fironları bu sahədəki kahinləri və cadugərləri rəsmi şəkildə maaşla təmin edib, əyanlar səviyyəsində saxlayırdılar.


Bu təbəqəyə münəccimlər, həkimlər və cadugərlər daxil idi”, - deyə ilahiyyatçı bildirib.
 

İlahiyyatçı bildirir ki, bu gün də bəzi ölkələrdə ekstrasenslər və qeyri-adi qabiliyyətə malik şəxslər dövlətin diqqətində olur. Qurani-Kərimdə cadunun və sehrin mövcudluğu qəbul olunur, lakin onun istifadəsi qəti şəkildə qadağandır:


“Çünki cadu cəmiyyətin fəsada uğramasına səbəb olur və günah işdir. İslamda insanın əməyi ilə qazandığı halal ruzi və nailiyyət əsas götürülür.

Sehr və cadudan istifadə etməklə nəyəsə nail olmağa çalışmaq haram sayılır”.

Tural İrfan qeyd edir ki, hərçənd elm cadunu tam təsdiqləməsə də, onun bəzi hallarda real təsir gücünü inkar da edə bilmir:

“Bu təsirlər enerji, psixoloji vəziyyət və mənfi yönlü yönləndirmələrlə bağlı ola bilər.
 

Cadunun dağıdıcı, hətta öldürücü gücü ola bilir. Elə hallar var ki, elm belə bu təsiri izah etməkdə aciz qalır. Quranda sehrbazların Həzrət Musaya qarşı təsirli sehr etdiyi qeyd olunur.


Lakin Musa yalnız Allahın yardımı ilə onlara qalib gəlir”.
 

İlahiyyatçı həmçinin vurğulayıb ki, hazırda dünyada bu mövzularla bağlı elmi tədqiqatlar aparan institutlar mövcuddur. Məsələn, Yaponiyada bəzi insanların nəzərlərinin zərərverici gücü olduğu üçün onlara xüsusi eynəklər taxmaq tövsiyə edilir.


Tural İrfana görə, cadudan qorunmağın əsas yolu Allahla bağ qurmaq, dua etmək və mənəvi saflığı qorumaqdır:
 

“Cadunun təsiri daha çox günah içində olan, mənəviyyatsız və pis əməllərlə məşğul olan insanlara işləyir. Təmiz, qüsullu olan, ibadətində səmimi, qiybət etməyən və sədəqə verən insanlara cadu təsir etməz”.


İslamda cadugərliklə məşğul olmaq ən böyük günahlardan biri sayılır və küfrlə eyni tutulur:

“Peyğəmbər (s.ə.s) buyurur ki, kim bir kahinin və ya cadugərin yanına gedər, ondan nəsə soruşarsa, onun 40 gün duası və namazı qəbul olunmaz. Cadu bir növ qarğış kimidir,  mənfi enerjini kiminsə üzərinə yönəltməkdir”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Netanyahu Trampla telefonla danışdı

Netanyahu Trampla telefonla danışdı

İsmayıllıda avtomobil körpüdən aşaraq yandı - Xəsarət alanlar var - VİDEO

İsmayıllıda avtomobil körpüdən aşaraq yandı - Xəsarət alanlar var - VİDEO

Pərvin Abıyevanın hovuz görüntüləri - FOTO-VİDEO

Pərvin Abıyevanın hovuz görüntüləri - FOTO-VİDEO

Avropa liderləri Putinlə görüşdən əvvəl Trampla danışmaq istəyirlər

Avropa liderləri Putinlə görüşdən əvvəl Trampla danışmaq istəyirlər

Türkiyəli alimdən XƏBƏRDARLIQ: "Binalardan uzaq durun"

Türkiyəli alimdən XƏBƏRDARLIQ: "Binalardan uzaq durun"

Aparıcı Vüsalə qəzaya düşdü - FOTO

Aparıcı Vüsalə qəzaya düşdü - FOTO

Ermənistan Vaşinqton görüşü ilə bağlı İrana HESABAT VERƏCƏK - VİDEO

Ermənistan Vaşinqton görüşü ilə bağlı İrana HESABAT VERƏCƏK - VİDEO

Qubada oğlan əmisini BIÇAQLADI

Qubada oğlan əmisini BIÇAQLADI

Türkiyədə sakinlərin dağıntılar altından çıxarılması anı - VİDEO

Türkiyədə sakinlərin dağıntılar altından çıxarılması anı - VİDEO

ABŞ-ın iki hərbi təyyarəsi İrəvana eniş etdi

ABŞ-ın iki hərbi təyyarəsi İrəvana eniş etdi

Türkiyədə balaca qız zəlzələdən belə xilas olundu - ANBAAN VİDEO

Türkiyədə balaca qız zəlzələdən belə xilas olundu - ANBAAN VİDEO

Almaniya kansleri ABŞ və Rusiya liderlərinə səsləndi: “Ukraynanın iradəsi nəzərə alınmadan...” - VİDEO

Almaniya kansleri ABŞ və Rusiya liderlərinə səsləndi: “Ukraynanın iradəsi nəzərə alınmadan...” - VİDEO

Ermənistan öz xeyri üçün tələsəcək, yoxsa Trampa hörmətsizlik etməyi SEÇƏCƏK? – TƏHLİL

Ermənistan öz xeyri üçün tələsəcək, yoxsa Trampa hörmətsizlik etməyi SEÇƏCƏK? – TƏHLİL

NATO-nun baş katibi: Alyaskada sülh sazişi imzalanmayacaq

NATO-nun baş katibi: Alyaskada sülh sazişi imzalanmayacaq

Hazırda Balıkəsir - VİDEO

Hazırda Balıkəsir - VİDEO

Türkiyədə çökən binanın altından 4 nəfər çıxarıldı - VİDEO

Türkiyədə çökən binanın altından 4 nəfər çıxarıldı - VİDEO

Tramp “bomjları” Vaşinqtondan qovur: Paytaxtımızdan gedin!

Tramp “bomjları” Vaşinqtondan qovur: Paytaxtımızdan gedin!

Abbas Əraqçi “Zəngəzur dəhlizi” ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Abbas Əraqçi “Zəngəzur dəhlizi” ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Tramp və Ərdoğan Rusiyanı Cənubi Qafqazdan sıxışdırdı – “Deutsche Welle”

Tramp və Ərdoğan Rusiyanı Cənubi Qafqazdan sıxışdırdı – “Deutsche Welle”

Türkiyədə ardıcıl zəlzələlər oldu - 10-a yaxın bina çökdü - VİDEO

Türkiyədə ardıcıl zəlzələlər oldu - 10-a yaxın bina çökdü - VİDEO

Pezeşkian Xameneidən fərqli olaraq Zəngəzur dəhlizinə qarşı çıxmadı - VİDEO

Pezeşkian Xameneidən fərqli olaraq Zəngəzur dəhlizinə qarşı çıxmadı - VİDEO

Ərdoğandan zəlzələ ilə bağlı ilk AÇIQLAMA

Ərdoğandan zəlzələ ilə bağlı ilk AÇIQLAMA

Rusiya və Ukrayna arasında ərazi mübadiləsi məsələsi müzakirə edilir

Rusiya və Ukrayna arasında ərazi mübadiləsi məsələsi müzakirə edilir

Bilgəhdə dənizdə bir nəfər batdı

Bilgəhdə dənizdə bir nəfər batdı

End of content

No more pages to load

RADİO