2025-ci ildə Dövlət Proqramı ilə xaricdə təhsilini davam etdirəcək tələbələrdən 60 nəfəri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunudur.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
Sözügedən göstərici Azərbaycandakı ali təhsil müəssisələri arasında ən yüksək göstərici və rekord hesab olunur.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 nəfər bakalavriat, 356 nəfər magistratura və 19 nəfər isə doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
Bizim.Media