Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycanın AZAL aviaşirkətinə məxsus “Embraer-190” təyyarəsinin modul avionik qurğusu ABŞ-dakı “Honeywell İnternational” avadanlığının tərtibatçısına ekspertizaya göndərilib.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev Astanada keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, müvafiq qərar Azərbaycan, Rusiya, təyyarə istehsalçısı Braziliyanın "Embraer" şirkəti və Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) üzv ölkələrin nümayəndələrinin görüşündən sonra qəbul edilib.
2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın Aktau şəhərində AZAL-ın sərnişin təyyarəsi qəzaya uğrayıb.
Təyyarə Bakıdan Qroznıya uçurdu və qəzadan bir qədər əvvəl ekipaj Aktauda təcili eniş tələb edib. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 27 sərnişin və iki ekipaj üzvü sağ qalıb.
Bizim.Media