Mərkəzi Bank qaydaları DƏYİŞDİ – Bu şəxslərə 5 min manatdan çox kredit VERİLMƏYƏCƏK - FOTO

Mərkəzi Bank istehlak kredit kartları üzrə borclanma ilə bağlı tənzimləyici çərçivəni dəyişib.

Baş bankın yaydığı açıqlamada bunun borclanmanın daha məsuliyyətli və sağlam aparılması və eləcə də əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığının təmin edilməsi məqsədi ilə aparıldığı bildirilib.

Niyə bu qaydalara ehtiyac var idi? Və ən əsası yeni qaydalar əhalinin izafi və bir sıra hallarda süni borclanmasının qarşısını alacaqmı?

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
 

“Müşahidələr göstərir ki, son dövrlər istehlak kreditləri üzrə yubanmaların səbəblərindən biri də kartlarda müştərinin ödəmə qabiliyyətinə uyğun olmayan kredit xəttlərinin açılması və eləcə də yubanmalar üçün izah edilə bilməyən yüksək cərimə faizlərinin hesablanması ilə bağlıdır.


Ölkədə vaxtı keçmiş kreditlərin məbləği ilin əvvəlinə 475 milyon manat idisə, bu göstərici ilin yarısında 527 milyon manatadək yüksəlib.
 

Yəni, bu ilin ilk yarısında problemli kreditlərin həcmi 10 faizdən çox artıb. Həmin dövrdə ümumi kredit portfeli 24 milyard 890 milyon manatdan 25 milyard 991 milyon manatadək yüksəlib.


Bu o deməkdir ki, həmin müddətdə kredit portfeli cəmi 4.4 faiz artıb. Bu həm də o deməkdir ki, problemli kreditlərin həcmi ümumi kredit portfeli ilə müqayisədə 2 dəfə bənd daha çox artıb.
 

Bu isə, bank sektoru üçün heç də yaxşı dinamika hesab oluna bilməz. Bir tərəfdən də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artıması müşahidə olunurdu.


Təbii ki, bütün bunlar fonunda kredit xəttlərinin açılması üçün yeni meyarların müəyyənləşdirilməsinə ehtiyac var idi.
 

Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır.Mərkəzi Bank hesab edir ki, bununla banklar preventiv olaraq risklərin qarşısını ala bilərlər.


Bununla yanaşı, dəyişiklərə əsasən nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri borcalanın xalis vergidən sonrakı gəlirinin 5 misli normativinin hesablanmasından istisna edilir.
 

Yeni tələbə əsasən bu limitdən artıq olan istehlak kredit xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1%-dən artıq olmamalıdır.


Yəni, əgər vətəndaşın xalis gəliri min manatdırsa onun kredit xətti, yəni kart vasitəsi ilə borclanması 5 min manatdan çox ola bilməz.
 

Təbii ki, vətəndaşın digər borc öhdəlikləri varsa o da nəzərə alınacaq. Amma əgər, borclanma nağdıdırsa və təmin olunubsa o zaman bu qaydalar istisna edilir.


Digər qayda, overdraft limitləri kredit xətləri anlayışına daxil edilərək istehlak kredit kartları üzrə kreditə konvertasiya əmsalının 40% müəyyən edilməsidir.

İstehlak kredit xətlərinin balansdankənar hesablarda olduğu müddətdə həmin xətlər üzrə 100% risk dərəcəsi tətbiq ediləcəkdir.

Aydınlıq üçün qeyd edək ki, overdraft xidməti ilə kart sahibi hesabında olan puldan daha çox pul xərcləyə bilər. Bütövlükdə, vəsaitə ehtiyacı olan borcalan tərəfindən istifadə edilə bilən kreditdir.
 

Nəzərə almaq lazımdır ki, bir sıra banklar overdraft xidmətindən istifadə edərək yüksək faizlər ilə bəzi kart sahibləri üçün izafi maliyyə yükü yaradırlar. Bu baxımdan, bu istiqamətdə təkmilləşdirmələrin davam etməsinə ehtiyac var.


Bütövlükdə, Mərkəzi Bankın yeni qaydaları təqdirəlayiqdir və vətəndaşların izafi borclanmasını azalda bilər, amma təbii ki, bu istiqamətdə tənizmləmələrin daha da dərinləşdirilməsi prioritet olaraq qalmaqdadır”, - deyə millət vəkili bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu meyvələrin qabığında da fayda var

Bu meyvələrin qabığında da fayda var

Əfsanəvi müğənni Ginnesin Rekordlar Kitabına düşdü

Əfsanəvi müğənni Ginnesin Rekordlar Kitabına düşdü

Bu üsul elektrik süpürgəsinin gücünü anında 2 qat artırır

Bu üsul elektrik süpürgəsinin gücünü anında 2 qat artırır

Hansı yağ xolesterini aşağı salmağa kömək edir? - Alimlər açıqladı

Hansı yağ xolesterini aşağı salmağa kömək edir? - Alimlər açıqladı

“Sabah” 4 oyunçu ilə yollarını ayırdı

“Sabah” 4 oyunçu ilə yollarını ayırdı

Daha bir rayonda şiddətli yanğın BAŞLADI

Daha bir rayonda şiddətli yanğın BAŞLADI

Prezident İlham Əliyevin ABŞ səfəri FOTOLARDA

Prezident İlham Əliyevin ABŞ səfəri FOTOLARDA

Şəmkirdə istixana YANDI

Şəmkirdə istixana YANDI

Magistrı yenicə bitirib qayıtmışdı - Qəzada həyatını itirdi - FOTO

Magistrı yenicə bitirib qayıtmışdı - Qəzada həyatını itirdi - FOTO

Ağ Ev İlham Əliyevin çıxışını paylaşdı - FOTO

Ağ Ev İlham Əliyevin çıxışını paylaşdı - FOTO

SON DƏQİQƏ! Ağdamda güclü yanğın başladı - VİDEO

SON DƏQİQƏ! Ağdamda güclü yanğın başladı - VİDEO

Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır -REZUME

Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır -REZUME

Gəncədə iki nəfər bıçaqlandı

Gəncədə iki nəfər bıçaqlandı

Qəbələdə yanğın törədən şəxslər müəyyən edildi

Qəbələdə yanğın törədən şəxslər müəyyən edildi

İsrail XİN Azərbaycan və Ermənistanı təbrik etdi - FOTO

İsrail XİN Azərbaycan və Ermənistanı təbrik etdi - FOTO

İllər əvvəlki FOTOLARINI paylaşdı

İllər əvvəlki FOTOLARINI paylaşdı

Azərbaycan Dünya Oyunlarında növbəti medalını qazandı

Azərbaycan Dünya Oyunlarında növbəti medalını qazandı

İsrail Prezidentindən tarixi sazişə REAKSİYA:"Dərindən təsirləndim"

İsrail Prezidentindən tarixi sazişə REAKSİYA:"Dərindən təsirləndim"

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi ARTIB

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi ARTIB

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə DANIŞDI

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə DANIŞDI

Netanyahu İlham Əliyevi və Azərbaycan xalqını TƏBRİK ETDİ

Netanyahu İlham Əliyevi və Azərbaycan xalqını TƏBRİK ETDİ

Bəzi müəllimlər Qarabağa köçürülür? - RƏSMİ

Bəzi müəllimlər Qarabağa köçürülür? - RƏSMİ

Avqustun bütün BÜRCLƏR üçün ən şanslı günləri

Avqustun bütün BÜRCLƏR üçün ən şanslı günləri

Azərbaycan qazı ilk dəfə Suriyaya ÇATDI - FOTO

Azərbaycan qazı ilk dəfə Suriyaya ÇATDI - FOTO

End of content

No more pages to load

RADİO