Ələt-Astara magistral yolunun Cəlilabad rayonunun Göytəpə qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Astara istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobillə digər “Samanta DENA" markalı nəqliyyat vasitəsi toqquşub.
Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.
Qəza zamanı sürücülərdən biri müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu