Bakıda avtomobilin çilçıraq mağazasına çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
"Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini mağazaya çırpıb. Nəticədə avtomobil mağazanın giriş qapısını sındıraraq içəri daxil olub.
Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, araşdırma aparılır.
Bizim.Media