Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı–Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Bildirilir ki, hərəkətdə olan sərnişin daşıyan mikroavtobus yük maşınına çırpılıb. Qəza nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Ölənlərin və yaralananların kimliyi müəyyən olunur.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu