Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara seçim prosesi başlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçim prosesi saat 15:00-da aktivləşib və 13 avqust saat 12:00-da başa çatacaq.
Namizədlər seçimlərini şəxsi kabinet vasitəsilə, “İmtahanlar” bölməsində yerləşən “Lisey seçimi” hissəsindən həyata keçirə bilərlər.
Əlavə araşdırmanın nəticələrinə əsasən, müvafiq komissiyanın qərarı ilə nəticələri ləğv edilən şəxslər 8 avqust saat 17:00-a qədər office@arti.edu.az elektron ünvanına rəsmi ərizə ilə müraciət edə bilərlər.
Bizim.Media