BİZİM TƏQVİM:7 avqustda baş vermiş tarixi hadisələr

7 avqust 1930-cı illdə milli təsviri sənətin görkəmli nümayəndəsi, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov Bakıda anadan olub. Natürmort, portret, mənzərə və s. janrlarda əsərlərin, freskaların müəllifidir. Teatr tamaşalarına bədii tərtibat verib, “Dədə Qorqud” filminə rəsmlər çəkib. O, Parisdə dəfn olunub (1930-2013). 

Bəs, bu tarixdə dünyada daha hansı mühüm hadisələr baş verib: 

1. 1782-ci ilin bu günü Sankt-Peterburqda italiyalı heykəltaraş Etyen Falkone tərəfindən düzəldilən I Pyotrun heykəli qoyuldu. Maraqlıdır ki, Pyotrun heykəlinin baş hissəsini Falkonenin şagirdi xanım Mari Kollo hazırlayıb. 

2. 1807-ci ilin 7 avqustunda “Clermont” adlı ilk buxarlı sərnişin gəmisi Nyu-York - Albani arasında ilk reysini həyata keçirdi. 

3. 7 avqust 1910-cu ildə İranın hökumət qoşunları və polisi Tehrandakı Britaniya səfirliyinə sığınan Səttarxan və azsaylı dəstəsini gözlənilməz hucümla tərksilah etdilər. Atışma zamanı Səttarxan ağır yaralandı. 

4. 1919-cu ilin 7 avqustunda Türkiyədə Ərzurum Konqresi“Heyəti-Təmsiliyə” seçkisi ilə başa çatdı. 

5. 7 avqust 1944-cü ildə ilk proqramlaşdırılmış kompyuter olan "Mark I" istifadəyə verilib. Qurğu IBM korporasiyası ilə imzalanmış müqaviləyə əsasən, gənc riyaziyyatçı Hovard Ayken və şirkətin dörd mühəndisi tərəfindən hazırlanıb. 

6. 1946-cı il 7 avqustda Türkiyə Sovet İttifaqının “Boğazların statusunun dəyişdirilməsi” tələbini rədd etdi. 

7. 7 avqust 1964-cü ildə Vyetnam müharibəsi başladı. ABŞ Konqresi ölkə prezidenti Lindon Consona  Vyetnama əsgər göndərmə səlahiyyəti verdi. 

8. 1982-ci il 7 avqustda ermənilərin ASALA təşkilatının 2 terrorçusu Ankara Esenboğa Hava Limanına silahlı basqın etdi: 8 adam həlak oldu, 72 nəfər yaralandı. Terrorçuların isə biri öldürüldü, digəri yaralı olaraq tutuldu. 

9. İraq Küveyti işğal etdikdən sonra ABŞ və müttəfiqləri 1990-cı ilin 7 avqustundan "Səhra qalxanı" hərəkatına başladı. Müttəfiqlərə dəstək verən, ancaq müharibəyə qatılmayan Türkiyə bu zaman İraqdan gələn Kərkük-Yumurtalık neft boru kəmərini bağladı. 
10. 1998-ci il 7 avqustda Keniya və Tanzaniyadakı ABŞ səfirlikləri eyni zamanda bombalandı, 224 nəfər öldü. Amerika Birləşmiş Ştatları hökuməti bu hücumlara görə Usamə bin Ladenin Əl-Qaidə terror təşkilatının məsuliyyət daşıdığını bildirdi.     

11. 7 avqust 2016-cı ildə İstanbulun Yenikapı rayonunda Türkiyə tarixinin ən böyük mitinqi - Demokratiya və Şəhidlər Mitinqi oldu. Mitinqdə 5 milyon adam var idi. 

7 avqustda həm də bu insanlar xatırlanır: 

1. Həyatı filmlərə mövzu olan hollandiyalı casus Mata Hari 1876-cı ilin bu günü anadan olub (1876 - 1917). 

2. 7 avqust böyük hind yazıçısı, Nobel mükafatı laueratı Rabirdranat Taqorun xatirə günüdür. Rabirdranat Taqor 1941-ci ilin bu günü 80 yaşında həyatdan köçüb. (1861-1941) 

3. Oskar mükafatlı kinoaktrisa Şarliz Teron 1975-ci ilin bu günü Cənubi Afrikada dünyaya gəlib. 

4. 7 avqust 1944-cı ildə şair, ədəbiyyatşünas Əhməd Elbrus  1944–2006) Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub. 

5. 7 avqust 1960-cı ildə Əməkdar artist Yusif Dadaşov (1913–1960) vəfat edib. Gənc Tamaşaçılar Teatrı yaranandan (1928) onun səhnəsində aktyor kimi çıxış edib. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ailə başçısını itirməyə görə pensiya alanların SAYI AÇIQLANDI

Ailə başçısını itirməyə görə pensiya alanların SAYI AÇIQLANDI

“Araz Naxçıvan” “Omoniya” ilə ÜZ-ÜZƏ

“Araz Naxçıvan” “Omoniya” ilə ÜZ-ÜZƏ

İsti havada kondisioneri qoşmayan avtobus sürücüləri CƏZALANDIRILACAQ?

İsti havada kondisioneri qoşmayan avtobus sürücüləri CƏZALANDIRILACAQ?

"Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir" - Artur Rasizadədən açıqlama

"Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir" - Artur Rasizadədən açıqlama

Superdünya: Həyatın ola biləcəyi yeni planet kəşf edildi

Superdünya: Həyatın ola biləcəyi yeni planet kəşf edildi

Ukrayna Krıma hücuma KEÇDİ – Hərbi hədəflər BELƏ VURULUR – ANBAAN VİDEO

Ukrayna Krıma hücuma KEÇDİ – Hərbi hədəflər BELƏ VURULUR – ANBAAN VİDEO

Sentyabrda Bakı yollarındakı xaosu təsəvvür etmək çətin deyil... – VİDEO

Sentyabrda Bakı yollarındakı xaosu təsəvvür etmək çətin deyil... – VİDEO

7 nəfərin öldüyü qəzadakı maşınların buraxılış kartı olmayıb – RƏSMİ

7 nəfərin öldüyü qəzadakı maşınların buraxılış kartı olmayıb – RƏSMİ

"5-10 minə "bir gecəlik gəlin" olurlar"

"5-10 minə "bir gecəlik gəlin" olurlar"

Bakının bu ərazisində işıq YOXDUR

Bakının bu ərazisində işıq YOXDUR

Şəmkirdə 7 nəfərin öldüyü qəzanın baş verdiyi ərazidən YENİ VİDEO

Şəmkirdə 7 nəfərin öldüyü qəzanın baş verdiyi ərazidən YENİ VİDEO

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı YENİ XƏBƏR – “Bir neçə aydan sonra...”

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı YENİ XƏBƏR – “Bir neçə aydan sonra...”

Azərbaycanda tam orta təhsil 12 il OLACAQ?

Azərbaycanda tam orta təhsil 12 il OLACAQ?

Bakıda avtomobil çilçıraq mağazasına girdi – VİDEO

Bakıda avtomobil çilçıraq mağazasına girdi – VİDEO

“Biz işıq üzü görmürük, soyuducumuz, kondisionerimiz yandı” – VİDEO

“Biz işıq üzü görmürük, soyuducumuz, kondisionerimiz yandı” – VİDEO

Çempionlar Liqası: “Fənərbağça” səfərdə məğlub oldu - VİDEO

Çempionlar Liqası: “Fənərbağça” səfərdə məğlub oldu - VİDEO

“Sovetski”də qəzalı binaların söküntüsünə BAŞLANILDI

“Sovetski”də qəzalı binaların söküntüsünə BAŞLANILDI

Günəşdə növbəti güclü PARTLAYIŞ

Günəşdə növbəti güclü PARTLAYIŞ

Oktyabrda Bakı sakinlərini nə gözləyir? – Əhali böyük çətinliklə üzləşəcək

Oktyabrda Bakı sakinlərini nə gözləyir? – Əhali böyük çətinliklə üzləşəcək

Xaçmazda yük maşını AŞDI – Pomidorlar yola DAĞILDI – VİDEO

Xaçmazda yük maşını AŞDI – Pomidorlar yola DAĞILDI – VİDEO

Pezeşkian Ermənistana GEDƏCƏK

Pezeşkian Ermənistana GEDƏCƏK

İlham Əliyevin TARİXİ SƏFƏRİ – Vaşinqton görüşündən hansı nəticə HASİL OLACAQ?

İlham Əliyevin TARİXİ SƏFƏRİ – Vaşinqton görüşündən hansı nəticə HASİL OLACAQ?

Öz saçlarını udan 9 yaşlı qızın mədəsindən tük kütləsi ÇIXARILDI - FOTO

Öz saçlarını udan 9 yaşlı qızın mədəsindən tük kütləsi ÇIXARILDI - FOTO

İranda gülməli İNANC – “Daş heykəlin altından keç, hamilə qal” – VİDEO

İranda gülməli İNANC – “Daş heykəlin altından keç, hamilə qal” – VİDEO

End of content

No more pages to load

RADİO