Fars şovinistlərini qorxudan aviareys – Bakıdan Təbrizə uçan təyyarə təkcə sərnişin daşımayacaq...

Bu günlərdə Təbriz-Bakı birbaşa aviareysinin açılması zahirən sadə iqtisadi addım kimi görünsə də, əslində bu nəqliyyat xətti dərin milli-psixoloji xarakter daşıyır. Ona görə də bu aviareysin fars şovinistlərini və mühafizəkar dairələri narahat etməsi təəccüblü deyil.

Təbriz etnik, tarixi və mədəni baxımdan Azərbaycanın ayrılmaz bir parçasıdır. Tarixən belə olub və göründüyü kimi sərt şovinist nəzarət əsrlərdir şəhəri özününküləşdirə bilməyib. Bu şəhər əsrlərdir Azərbaycan-türk milli kimliyinin rəmzi olub və bütün təzyiqlərə və farslaşdırma cəhdlərinə baxmayaraq milli kimliyini qoruyub. Təbriz – başdan ayağa Azərbaycan türklərindən ibarət olan, öz türkcələrində qorxmadan danışılan könüllər paytaxtıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Təbriz-Bakı aviareysi açıldı


Tehranı narahat edən nədir?

Yeni açılmış reys iki şəhər arasında ticarət, turizm və əməkdaşlıq imkanlarının genişlənməsi, Güney azərbaycanlıların iqtisadi gücünü artırmaqla yanaşı, milli şüurun da dirçəlməsi deməkdir.

Bu isə Tehrandakı məlum dairələri ciddi narahat edir. Fars şovinistləri uzun illərdir İran azərbaycanlılarını idarə etməyə çalışır. Amma 35 milyonluq xalqın hər yeni tələbi, hər irəliləyişi rejimin sarayından bir kərpicin düşməsi deməkdir. Bu cür iqtisadi, mədəni və mənəvi yaxınlaşmalar həmin sarayın  artıq “qəzalı” olmasına dəlalət edir.

Birbaşa aviareysin açılması hər iki tərəf üçün həmçinin müalicə turizmi, ticari-iqtisadi əməkdaşlıq, nəqliyyat xərclərinin azaldılması kimi geniş imkanlar açır.

Nədənsə İran mediası da bu barədə susqundur. Qeyri-rəsmi səhifələrdə isə bu addım “separatçılıq” kimi qələmə verilir.

Belə iqtisadi yeniliyi yalnız Azərbaycanmeyilli mediadan öyrənmək mümkündür. Çünki Təbriz-Bakı birbaşa aviareysi təkcə sərnişin daşımaq üçün deyil, həm də mədəni, iqtisadi və siyasi yaxınlaşma üçün bir körpüdür.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəmkirdə 7 nəfərin öldüyü qəzanın səbəbi BƏLLİ OLDU

Şəmkirdə 7 nəfərin öldüyü qəzanın səbəbi BƏLLİ OLDU

Günelin Mayamidəki evi - VİDEO

Günelin Mayamidəki evi - VİDEO

Trampdan XƏBƏRDARLIQ – “İranı yenidən vura bilərik” – VİDEO

Trampdan XƏBƏRDARLIQ – “İranı yenidən vura bilərik” – VİDEO

“Normalam” DEMƏYİN – Bu əlamətlər varsa, PSİXOLOQA gedin

“Normalam” DEMƏYİN – Bu əlamətlər varsa, PSİXOLOQA gedin

Kamran Əliyev Bəhruz Məmmədovu yüksək vəzifəyə TƏYİN ETDİ

Kamran Əliyev Bəhruz Məmmədovu yüksək vəzifəyə TƏYİN ETDİ

Tərdən saralmış geyimləri qar kimi ağardır - Bir qaşıq bəs edir

Tərdən saralmış geyimləri qar kimi ağardır - Bir qaşıq bəs edir

Trampın təsdiq etdiyi tariflər qüvvəyə mindi – FOTO

Trampın təsdiq etdiyi tariflər qüvvəyə mindi – FOTO

Balakəndə XÜSUSİ ƏMƏLİYYAT – Dağda narkotik becərən dəstə belə SAXLANILDI – ANBAAN VİDEO

Balakəndə XÜSUSİ ƏMƏLİYYAT – Dağda narkotik becərən dəstə belə SAXLANILDI – ANBAAN VİDEO

Şəmkirdəki dəhşətli qəzada ölən və yaralananların ADLARI

Şəmkirdəki dəhşətli qəzada ölən və yaralananların ADLARI

“Bəlkə Putin sizi aldadır?” sualına Trampdan gözlənilməz CAVAB – VİDEO

“Bəlkə Putin sizi aldadır?” sualına Trampdan gözlənilməz CAVAB – VİDEO

Çində asma körpü uçdu – Ölənlər VAR – VİDEO

Çində asma körpü uçdu – Ölənlər VAR – VİDEO

Dünya 16 yaşlı bu qızdan danışır: Həm gözəlliyindən, həm də... - FOTOLAR

Dünya 16 yaşlı bu qızdan danışır: Həm gözəlliyindən, həm də... - FOTOLAR

Nabran çimərliyi çirkab BATAQLIĞINDA – Kanalizasiya sistemi niyə qurulmur? – VİDEO

Nabran çimərliyi çirkab BATAQLIĞINDA – Kanalizasiya sistemi niyə qurulmur? – VİDEO

Üç bürcə tezliklə arzularını yerinə yetirmək şansı veriləcək

Üç bürcə tezliklə arzularını yerinə yetirmək şansı veriləcək

Tramp: “Putinlə Zelenski tezliklə görüşə bilər” – VİDEO

Tramp: “Putinlə Zelenski tezliklə görüşə bilər” – VİDEO

Hava kəskin dəyişir: külək, şimşək, yağış başlayır – Tarix

Hava kəskin dəyişir: külək, şimşək, yağış başlayır – Tarix

"Whatsapp"da yenilik - Nömrə olmadan da yazışmaq olacaq

"Whatsapp"da yenilik - Nömrə olmadan da yazışmaq olacaq

"Mən anormal adamam"

"Mən anormal adamam"

Bakının bəzi ərazilərində QAZ OLMAYACAQ

Bakının bəzi ərazilərində QAZ OLMAYACAQ

“Plastik cərrah"lara rüşvətlə sənəd verənlər AŞKARLANDI – Onları hansı cəza GÖZLƏYİR?

“Plastik cərrah"lara rüşvətlə sənəd verənlər AŞKARLANDI – Onları hansı cəza GÖZLƏYİR?

SON DƏQİQƏ! Şəmkirdə DƏHŞƏTLİ QƏZA – 7 nəfər həyatını itirdi - FOTO

SON DƏQİQƏ! Şəmkirdə DƏHŞƏTLİ QƏZA – 7 nəfər həyatını itirdi - FOTO

Uzun ömrün sirri: Bitki mənşəli protein

Uzun ömrün sirri: Bitki mənşəli protein

BİZİM TƏQVİM:7 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:7 avqustda baş vermiş tarixi hadisələr

Çində yeni virus yayıldı - Məhdudiyyətlər qayıtdı

Çində yeni virus yayıldı - Məhdudiyyətlər qayıtdı

End of content

No more pages to load

RADİO