“Bolt” taksi şirkətinin tətbiqində Bakıdan Naxçıvan Muxtar Respublikasına avtomobillə səfərlər üçün yol əks olunub.
Bizim.Media “Globalinfo.az”a istinadən xəbər verir ki, nəqliyyat marşrutu beynəlxalq aləmdə Zəngəzur dəhlizi kimi tanınan yoldan keçir və qiymət təxminən 270 manat təşkil edir.
Xəritəyə əsasən, Zəngilan-Mehri-Ordubad istiqamətində yol açıq görünür. Əvvəllər isə bu istiqamətdə yol qondarma “Laçın dəhlizi” ilə göstərilirdi.
Qeyd edək ki, yaxın günlərdə Zəngəzur dəhlizinin açılması ilə bağlı mühüm addımların atılacağı gözlənilir. Hələ ki sözügedən yol açıq deyil.
Bizim.Media