“Başqalarının yollarda düşdüyü faciələr ibrət deyil? — Hara tələsirsiniz?”
Bizim.Media xəbər verir ki, bu fikirləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.
“Yolda can verən insanla bağlı yaydığımız məlumatlar xəbər deyil, xəbərdarlıqdır. Biz bu hadisələri ona görə paylaşırıq ki, sabah yolda başqa bir ailə dağılmasın, daha bir ana ağlamasın, bir ata tabut arxasınca getməsin. Bu səssiz dərslər kiminsə sükan arxasında məsuliyyətli davranmasına səbəb olmalıdır.
Çünki qəza nə zaman baş verəcəyini xəbər vermir, ancaq qəzalar bəzən ağır iz qoyur, baş daşı saldırır.
Əziz sürücülər, bir neçə dəqiqə tez çatmaq üçün bir ömrü yarımçıq qoymayın. Təkcə özünüzə görə yox, avtomobildə olan sərnişinlərə, qarşıdakı piyadaya, qarşıdan gələn sürücüyə və ailə üzvlərinizə görə də məsuliyyət daşıyırsınız”, - deyə Elşad Hacıyev bildirib.
Bizim.Media