Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Səidə Behbudova vəfat edib.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, S.Behbudova xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Səidə Behbudova 1973-cü ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasında müəllim, daha sonra dosent, 2000-ci ildən isə professor olaraq çalışıb.
“Əməkdar müəllim” fəxri adına layiq görülüb. 2012-ci ildən ömrünün sonunadək Çukurova Universiteti Dövlət Konservatoriyasının “Fortepiano” ixtisası üzrə professor heyətində fəaliyyət göstərib.
Bizim.Media