Ucarda ağır yol qəzası zamanı avtomobillərdən biri yanıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 22 yaşlı Balakən rayon sakini, Pünhan Fərrux oğlu Gondolovun idarə etdiyi "Ford" markalı avtomobil ilə Ağcabədi rayon sakini, 32 yaşlı Fərrux Bəhrəm oğlu Hüseyinlinin idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub.
Qəza zamanı "Ford" markalı avtomobil anidən alışıb. Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da, yanan avtomobil yararsız vəziyyətə düşüb. Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu