Bəzi insanlar var ki, hər şeydən narazıdır. Məsələn, onlara ən yaxşı yeməyi bişirsən belə, “duz çatışmır” deyəcəklər, ya da ən dəbdəbəli yerə aparsan, “çox səs-küylüdür” deyib narazılıq edəcəklər.
Bizim.Media "Posta" qəzetinə istinadla xəbər verir ki, bu, əslində, onların xarakterindən yox, bürclərindən qaynaqlana bilər.
Astrologiyada bəzi bürclər detallara diqqət etmələri, mükəmməllik və ya emosional dalğalanmalarına görə asanlıqla nəyisə bəyənmirlər və ya yetərli görmürlər. Odur ki, ən narazı bürcləri təqdim edirik:
Qız
Qız bürcü deyildikdə ağlınıza ilk nə gəlir? Tənqid. Onlar üçün heç nə "mükəmməl" deyil. Onlar mükəmməllik axtararkən hər şeydə qüsur görürlər. Süfrənin naxışı, yeməyin təqdimatı, planın dəqiqliyi... Qız bürcü üçün fərqi yoxdur; hər şey tənqid edə bilərlər.
Qız bürcündən olanlar təxminən belə deyir: "Əladır, amma növbəti dəfə bunu bir az daha yaxşı etsəniz, əla olacaq”.
Dolça
Dolça orijinallığa can atır və adi şeylərdən qaçır. Onlara adi bir plan təklif etdikdə, “Onsuz da hamı bunu edir” deyə, razılaşmırlar. Onların məmnun olması üçün orijinal, yaradıcı və yenilikçi şeylər vacibdir.
Bir Dolça cümləsi: "Bir dəfə klassik tətil etmək qərarına gəldik, amma çox darıxdım”.
Əqrəb
Əqrəb səthi olan hər şeyi sevmir. Onlar deyilənlərin alt mətninə diqqət yetirərək, hiss olunanları araşdırırlar. Əgər bir şeyin dərinliyini görə bilmirlərsə, tez soyuyurlar və doymurlar. Onlar üçün "yaxşı" kifayət deyil, ya "çox yaxşı" olmalı, ya da heç bir şey olmamalıdır.
Siz Əqrəblərə söz deyəndə onların reaksiyası təxminən belə ola bilər: “Belə deyirsən, amma əslində başqa bir şey düşünürsən, elə deyil?”
Xərçəng
Xərçənglər yüksək emosionaldırlar və daim öz daxili aləmlərində hər şeyi çəkin, ölçür və hiss edirlər. Bəzən gördüyün iş mükəmməl olsa belə, "Mənə kifayət qədər əhəmiyyət verirsənmi?" sualı daim onların ağlındadır. Kiçik bir detala diqqət yetirməmək narazılığa səbəb ola bilər.
“Yaxşı idi, amma emosiya çatışmazlığı var idi” – Xərçənglər deyir.
Oğlaq
Oğlaqlar hər şeyin planlı, məntiqli və səmərəli olmasını istəyirlər. Təkcə "yaxşı niyyət" kifayət deyil; işi düzgün yerinə yetirmək lazımdır. Buna görə də, onların məmnuniyyəti ümumiyyətlə uğur və keyfiyyətə yönəldilir. Hədəfə çatmayıblarsa, nəticə nə qədər xoş olsa da, kifayət deyil.
Oğlaqların əzbəri olan cümlə: “Pis deyil, amma daha yaxşı etmək olardı”. (ölkə.az)
Bizim.Media