Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Maştağa sakini İsmayıl Çayçıoğlu olub.
Bizim.Media xəbər verir ki, proqramda o, televiziyalardakı bayağı verilişlərdən gileylənib:
"Hər gün efirdə zövqsüz proqramlar nümayiş olunur. Artıq nə izləyəcəyini bilmirsən. Kişilər efirə gəlib həyat yoldaşlarını axtarırlar, 18 dəfə ərə gedən biri ailə dəyərlərindən danışır. Bu tip verilişlərdən insanın ürəyi bulanır. Ən pisi isə odur ki, bunlara baxanlar çoxluq təşkil edirlər".
O, həmçinin yaşlı nəslin gəncləri qınamasından danışıb və bunun doğru olmadığını söyləyib.
"İndi qocalar "bizim dövrümüzdə gənclər başqa cür idi" deyirlər. Amma bir məqamı unudurlar ki, o vaxtlar heç qocalar da indiki kimi deyildi. Köhnə zəmanənin yaşlıları əba, uzunqol köynəklə gəzərdilər. Günümüzdə özləri müasir geyim tərzinə uyğunlaşsalar da, gəncləri bu mövzuda qınayırlar. Bu isə doğru deyil", - deyə Maştağa sakini bildirib.
Ətraflı süjetdə:
Bizim.Media