Göyçayda istirahət mərkəzində müştəri ofisiantı DÖYDÜ

Göyçay rayonunda istirahət mərkəzində mübahisə dava ilə nəticələnib.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, hadisə rayonunun Kürdşaban kəndində yerləşən "Murad" istirahət mərkəzində baş verib.

Ucar rayon sakini, 1987-ci il təvəllüdlü Nuran xuliqanlıq niyyəti ilə ictimai qaydalara etinasızlıq göstərib.

O, heç bir səbəb olmadan istirahət mərkəzinin işçisi Tacəddinin ünvanına söyüş söyüb, eləcə də əli ilə sifət nahiyəsindən qəsdən vurub və ona qarşı zor tətbiq edib.
 

Hadisəni törədən Nuranın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.


İş üzrə izahat verən Nuran ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ucar rayonunun Bağman kəndində yaşayır:

"Anar və qaynım Faxrət ilə yaşadığımiz kəndə görüşdük və birlikdə idarə etdiyim avtomobillə Göyçay rayonunun Kürdşaban kəndində "Murad" ailəvi istrahət mərkəzinə getdik. Orada hər üçümüz spirtli içki qəbul etdik. Sonuncu sifarişlərimiz 1 şiş böyrək kababı oldu. Lakin kabab gətiriləndə şişdə 3 ədəd piy içərisində böyrək, 2 ədəd də ciyər qoyulduğunu gördük.

Mən buna narazı oldum, kafenin mətbəxinə gedərək kababçı işləyən şəxsə niyə istədiyim formada kabab göndərməməsini dedim. Aramızda sadəcə söhbət oldu. Sonra gəlib öz yerimə əyləşdim. Həmin vaxt heç bir dava-dalaş olmadı. Bir qədər sonra hesabı vermək üçün ofisianta yaxınlaşdım. Anar və Faxrət isə avtomobilə doğru getdilər.
 

Mən hesabı ödədim. Orada kababın yaxşı olmadığını və ofisiant işləyən Tacəddinə də son gətirilən kababı xoşlamadığımı bildirdim. Tacəddin isə dedi ki, yesən də, yeməsən də budur. Tacəddin bu sözü dedikdən sonra aramızda mübahisə başladı. Mübahisə zamanı səs-küy oldu və bir-birimizi vurduq. Bundan sonra orada olan şəxslər bizi araladılar".


Bu cinayət işinə Zərdab Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə müttəhim 2 500 manat miqdarında cərimə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mənzil nömrəniz həyatınızı dəyişə bilər - Sirri AÇIQLANDI

Mənzil nömrəniz həyatınızı dəyişə bilər - Sirri AÇIQLANDI

"Barselona” 14 milyon cərimələnəcək?

"Barselona” 14 milyon cərimələnəcək?

Hindistanla Pakistan arasında atəşkəs pozuldu

Hindistanla Pakistan arasında atəşkəs pozuldu

“Qarabağ” səfərdə Şimali Makedoniya klubuna qalib gəldi

“Qarabağ” səfərdə Şimali Makedoniya klubuna qalib gəldi

Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi

Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi

Slovakiya Prezidenti vətəndaşlarına bunu qadağan etdi

Slovakiya Prezidenti vətəndaşlarına bunu qadağan etdi

İtaliyalı kişi iki gün başında oxla gəzib

İtaliyalı kişi iki gün başında oxla gəzib

Yayda ilk qar yağdı

Yayda ilk qar yağdı

Nura Suri: "Uşaqlarınızı ən yaxın bildiyiniz insanlara etibar etməyin”

Nura Suri: "Uşaqlarınızı ən yaxın bildiyiniz insanlara etibar etməyin”

Dövlət Departamenti təsdiqlədi - Uitkoff bu həftə Rusiyaya gedəcək

Dövlət Departamenti təsdiqlədi - Uitkoff bu həftə Rusiyaya gedəcək

Minaya düşən hərbçimizin FOTOSU

Minaya düşən hərbçimizin FOTOSU

Argentina Prezidenti rəqiblərini təhqir etməyəcəyinə SÖZ VERDİ

Argentina Prezidenti rəqiblərini təhqir etməyəcəyinə SÖZ VERDİ

Avropa Liqası: III təsnifat mərhələsinə start verildi

Avropa Liqası: III təsnifat mərhələsinə start verildi

Tolikdən qızı ilə bağlı PAYLAŞIM - VİDEO

Tolikdən qızı ilə bağlı PAYLAŞIM - VİDEO

Özünü "vəzifəli şəxs" kimi təqdim edən şəxsə HÖKM OXUNDU

Özünü "vəzifəli şəxs" kimi təqdim edən şəxsə HÖKM OXUNDU

“Qarabağ” Şimali Makedoniyada fasiləyə üstün yollandı - VİDEO

“Qarabağ” Şimali Makedoniyada fasiləyə üstün yollandı - VİDEO

Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşdü - FOTO

Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşdü - FOTO

Nigar: "Azər komissiyanın rədd cavabından sonra çökdü"

Nigar: "Azər komissiyanın rədd cavabından sonra çökdü"

İtaliya çimərliyində qasırğanın görüntüləri yayıldı - VİDEO

İtaliya çimərliyində qasırğanın görüntüləri yayıldı - VİDEO

Tanınmış aparıcı istirahətə 80 000 dollarlıq qızıl taxıb getdi

Tanınmış aparıcı istirahətə 80 000 dollarlıq qızıl taxıb getdi

Maştağa sakini: "Hər gün efirdə zövqsüz proqramlar nümayiş olunur" - VİDEO

Maştağa sakini: "Hər gün efirdə zövqsüz proqramlar nümayiş olunur" - VİDEO

Sumqayıtda yeniyetmə qız hündürlükdən yıxılaraq VƏFAT ETDİ

Sumqayıtda yeniyetmə qız hündürlükdən yıxılaraq VƏFAT ETDİ

Göyçayda istirahət mərkəzində müştəri ofisiantı DÖYDÜ

Göyçayda istirahət mərkəzində müştəri ofisiantı DÖYDÜ

Kəlbəcərdə 39 yaşlı kişi minaya düşdü

Kəlbəcərdə 39 yaşlı kişi minaya düşdü

End of content

No more pages to load

RADİO