"Bolt" tətbiqindən istifadə edənlər çətinliklə qarşılaşıblar.
Bizim.Media xəbər verir ki, tətbiqdən istifadə edən sürücülər şirkətin sərnişinlərə həddən artıq endirim etməsindən narazıdırlar.
Onların sözlərinə görə, 15 manat yazılan gedişin sonunda sərnişin endirim edildiyi üçün cəmi altı manat ödəyir.
Bəzi sürücülər isə qeyd ediblər ki, sərnişin ilə əlaqə saxladıqda iki manatdan artıq endirim edildiyi bildiriləndə sifarişi ləğv edirlər.
Həmçinin tətbiqdən istifadə edərək taksi sifariş edən sərnişinlər isə gözləmə müddətinin çox olmasından şikayətçidirlər.
"Mənzilbaşına çatmaq üçün taksi sifariş etdikdə gözləmə müddəti yarım saat, bir saat göstərir. Yarım saat ərzində 13-15 avtomobilin dəyişdiyi hallar da baş verir", - sərnişinlər qeyd ediblər.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib. (Oxu.az)
Bizim.Media