Övladına süd verməyən analara XƏBƏRDARLIQ – “Kim süni qidanı tərifləyirsə...”

Hər il 1–7 avqust tarixlərində dünyada Ana Südü ilə Qidalanma Həftəsi kimi qeyd olunur. Bu təşəbbüs 1992-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu - UNICEF-in birgə qərarı ilə təsis olunub. Məqsəd, ana südünün körpə sağlamlığı üçün əvəzsiz olduğunu xatırlatmaq, ictimaiyyətdə bu vərdişin qorunmasına və təşviqinə dəstək verməkdir.

Ana südü 6 ayadək olan körpələrin qidalanması üçün “qızıl standart” hesab olunur.
 

Bu qida ilk 6 ayda onların orqanizminin ehtiyac duyduğu enerji və qida maddələrinin hamısını qarşılayır. 6 aydan 12 ayadək olan müddətdə ana südü uşaqların sadalanan ehtiyaclarının yarısını, 13 aydan 24 ayadək olan müddətdə üçdə birini ödəyir.


Vaxtından əvvəl doğulan körpələrdə isə bu qida demək olar ki, onların həyatının mühafizəsini təmin edir. Belə körpələr üçün ana südünün əsas üstünlüyü ondan ibarətdir ki, bu qida onlarda çəkinin daha yaxşı artmasına, infeksion və iltihabi xəstəliklərin qarşısının alınmasına kömək edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən körpələrin doğumdan bir saat sonra ana südü ilə qidalandırılması tövsiyə olunur. Bu prosesin 2 yaş və ya daha uzun müddətə davam etdirilməsi məsləhət görülür.

Azərbaycandakı vəziyyət

Rəsmi məlumatlara görə ölkəmizdə ana südü ilə qidalanma son bir ildə 20 faizə qədər aşağı düşüb. Beynəlxalq Uşaq Fondunun məlumatına görə Azərbaycanda körpələrin yalnız 28 faizi ana südü ilə qidalanır. Bu da o deməkdir ki, körpələrin böyük hissəsi süni qidalarla bəslənilir. Bu da körpələrin sağlamlığına ciddi təhdidlər yaradır.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan pediatr Vaqif Qarayev deyir ki, ana südü körpənin inkişafı və sağlamlığı üçün çox vacibdir:
 

“Bu barədə çox danışsaq da, süni qidalardan istifadə edən anaların sayı son zamanlar 5 dəfə artıb. Təbii ki, bu da süni qidalara olan tələbatı artırıb. Tələb artdıqca təklif də bahalaşır. Doğrudur bəzi hallarda, anada süd olmadıqda süni uşaq qidası tövsiyə oluna bilər.


Bu isə çox nadir hallarda olur. Bu məsələdə anaların da günahı var. Analar özləri uşaqlarını öz südləri ilə qidalandırmalıdırlar".

Ana südünün inanılmaz faydaları

Müsahibimiz qeyd edib ki, körpə doğulan ilkin saatlarda onu ananın sinəsi üstünə qoyurlar:
 

“Ona görə ki, “ağız südü” deyilən bir süd var. O südün tərkibi körpə üçün kifayət qədər faydalıdır. Həmin südün tərkibindəki inqrediyentlər immunitet üçün anadan uşağa keçir.


Bu körpədə xəstəliklərə qarşı müqavimət yaradır.Ona görə də o süd çox mühümdür. Analara tövsiyəm odur ki, onlara süni qidanı tərifləyən tibb personalını qovsunlar, onları eşitməsinlər.

Övladınızı sevirsinizsə, onu südünüzdən məhrum etməyin”.

Bəs, Ana Südü ilə Qidalanma Həftəsi ilə bağlı ölkəmizdə hansı tədbirlər həyata keçirilir?

Bunu öyrənmək üçün Səhiyyə Nazirliyinə sorğu göndərdik. Ona görə də mövzunu diqqətdə saxlayırıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Goranboyda ilk “Kontakt” sevinci – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR!

Goranboyda ilk “Kontakt” sevinci – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR!

“Bolt” da Zəngəzur dəhlizini “açdı”: gedişhaqqı bilindi – FOTO

“Bolt” da Zəngəzur dəhlizini “açdı”: gedişhaqqı bilindi – FOTO

Aydın Ələsgərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Aydın Ələsgərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Minnətdarlıq hissi XOŞBƏXTLİK, yoxsa BƏDBƏXTLİK gətirir?

Minnətdarlıq hissi XOŞBƏXTLİK, yoxsa BƏDBƏXTLİK gətirir?

Xocalıya qonaq gedən 17 yaşlı yeniyetmə yanğına səbəb oldu

Xocalıya qonaq gedən 17 yaşlı yeniyetmə yanğına səbəb oldu

İlham Əliyevdən Yamaykanın Baş nazirinə MƏKTUB

İlham Əliyevdən Yamaykanın Baş nazirinə MƏKTUB

Lisey və gimnaziyalara seçim prosesinin VAXTI AÇIQLANDI

Lisey və gimnaziyalara seçim prosesinin VAXTI AÇIQLANDI

DİN Yardımlıda əməliyyat keçirdi: Tutulanlar arasında qadın da var – FOTO

DİN Yardımlıda əməliyyat keçirdi: Tutulanlar arasında qadın da var – FOTO

Tramp SİRLƏRİ AÇDI: “Biz hücum etməsəydik, İran iki ay ərzində nüvə silahına sahib olardı”

Tramp SİRLƏRİ AÇDI: “Biz hücum etməsəydik, İran iki ay ərzində nüvə silahına sahib olardı”

55 mindən çox uşaq üçün birdəfəlik müavinət verilib

55 mindən çox uşaq üçün birdəfəlik müavinət verilib

Aida Tağızadə vəfat etdi - FOTO

Aida Tağızadə vəfat etdi - FOTO

Kəlbəcərdə 5 hərbçimizin minaya düşməsi ilə bağlı cinayət işi açıldı - RƏSMİ

Kəlbəcərdə 5 hərbçimizin minaya düşməsi ilə bağlı cinayət işi açıldı - RƏSMİ

Pulunuzu bu üç valyutada saxlasanız, uduzmazsınız – QIZIL TÖVSİYƏ

Pulunuzu bu üç valyutada saxlasanız, uduzmazsınız – QIZIL TÖVSİYƏ

Ana südünün önəmi ilə bağlı hansı təbliğat işləri görülüb? – RƏSMİ AÇIQLAMA

Ana südünün önəmi ilə bağlı hansı təbliğat işləri görülüb? – RƏSMİ AÇIQLAMA

“Qarabağ” bu futbolçunun transferindən İMTİNA ETDİ

“Qarabağ” bu futbolçunun transferindən İMTİNA ETDİ

MİQ üzrə vakansiya seçimi BAŞLADI

MİQ üzrə vakansiya seçimi BAŞLADI

Hər kəs bunu təkrar-təkrar hazırlayır: 20 banka kifayət deyil

Hər kəs bunu təkrar-təkrar hazırlayır: 20 banka kifayət deyil

SON DƏQİQƏ! Kəlbəcərdə hərbi maşın minaya düşdü – Hərbçilərimiz YARALANDI

SON DƏQİQƏ! Kəlbəcərdə hərbi maşın minaya düşdü – Hərbçilərimiz YARALANDI

Rəşad Xudiyev vəzifəsindən AZAD EDİLDİ

Rəşad Xudiyev vəzifəsindən AZAD EDİLDİ

Qaradağda əməliyyat keçirildi: Saxlanılan var – VİDEO

Qaradağda əməliyyat keçirildi: Saxlanılan var – VİDEO

Vüsal Aslanov onu rəis təyin etdi

Vüsal Aslanov onu rəis təyin etdi

Avqustun pensiyası bu tarixdə ÖDƏNİLƏCƏK

Avqustun pensiyası bu tarixdə ÖDƏNİLƏCƏK

“Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim etdi

“Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim etdi

Şahin Mustafayev İrana GEDİR

Şahin Mustafayev İrana GEDİR

End of content

No more pages to load

RADİO