Hacıqabul rayonunda yük maşınının idarəetməni itirirərək yoldan kənara çıxıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə saat 00.00 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonundan keçən ərazisində qeydə alınıb.
Kamil Novruzovun idarə etdiyi yük maşını hərəkətdə olarkən qarşısına çıxan maneəyə görə idarəteməni itirərək yoldan çıxıb.
Hadisə zamanı xəsarət alan sürücü Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Sabutay, Bizim.Media, Cənub bürosu