Mərkəzi Parkın genişləndirilməsi: Tarix və müasirlik arasında yeni yaşıl nəfəs - ARAŞDIRMA

Son illər dünyada iri şəhərlərin inkişafında əsas prioritetlərdən biri ətraf mühitin ekoloji tarazlığını qorumaq və ictimai-yaşıllıq məkanlarını artırmaqdır. Bu tendensiya xüsusilə əhalisi sıx və sürətli urbanizasiya mərhələsində olan şəhərlərdə aktuallığını qoruyur.

Paytaxt Bakı da bu qlobal tendensiyaya qoşularaq, son illərdə urban mühitin transformasiyası istiqamətində mühüm layihələr həyata keçirir. Paytaxtın tarixi silueti, memarlıq irsi və mədəni landşaftı qorunmaqla, şəhərin daha funksional, ekoloji cəhətdən dayanıqlı və sosial baxımdan inklüziv olması üçün genişmiqyaslı planlama prosesi icra olunur. Bu baxımdan, “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” gələcəyin Bakısını formalaşdırmaq üçün əsas yol xəritəsi rolunu oynayır. Baş planın əsas prioritetlərindən biri şəhərin mərkəzində yaşıl və ictimai məkanların genişləndirilməsi, eyni zamanda, tarixi məkanların və urban irsin qorunmasıdır.

Bu yanaşma ilə həyata keçirilən Mərkəzi Parkın genişləndirilməsi layihəsi, təkcə, estetik və funksional baxımdan deyil, həm də sosial və ekoloji cəhətdən dəyərli təşəbbüs kimi çıxış edir.

Mərkəzi Park, sadəcə, yaşıllıq sahəsi deyil, müasir Bakının yeni nəfəsidir. O, insanla şəhər arasında olan münasibəti yenidən qurmağa, yerli sakinlərin həyat keyfiyyətini artırmağa və paytaxtın memarlıq kimliyini müasir urbanizasiya ilə harmoniyada inkişaf etdirməyə yönəlmiş strateji layihədir. Yaşıl fəza ilə ictimai həyatın kəsişdiyi bu məkan Bakının gələcək vizyonunun parlaq nümunəsinə çevrilməkdədir. Parkının genişləndirilməsi yalnız yaşıllıq sahəsinin artırılması deyil, eyni zamanda, şəhərin sosial, memarlıq və ekoloji mühitinə inteqrasiyanı nəzərdə tutan çoxşaxəli təşəbbüsdür.

Bizim.Media xəbər verir ki, “Azərtac.az” Bakı şəhərinin ekoloji və şəhərsalma baxımından inkişafına yönəlmiş aparıcı layihələrindən biri olan Mərkəzi Parkın genişləndirilməsi ilə bağlı araşdırmasını təqdim edir.



Parkın mərhələli inkişafı: 2019-dan bu günə
 

Mərkəzi Parkın salınması ideyası şəhərin mərkəzində funksional, ekoloji və sosial cəhətdən faydalı ictimai fəzanın yaradılması zərurətindən doğub. Bu təşəbbüs təkcə ətraf mühitin sağlamlaşdırılması deyil, həm də paytaxtın memarlıq simasının müasirləşdirilməsi və sakinlərə daha keyfiyyətli urban mühit təqdim etmək məqsədi daşıyır.


Parkın birinci hissəsinin açılışı 2019-cu il may ayında olub. Bu mərhələdə infrastruktur baxımından geri qalan keçmiş “Sovetski” adlandırılan ərazi sökülərək, yerində müasir tələblərə cavab verən geniş park məkanı yaradılıb. İlk mərhələ şəhər əhalisi tərəfindən böyük rəğbətlə qarşılanıb, çünki bu zonada ilk dəfə idi ki, belə geniş ictimai istirahət sahəsi formalaşdırılmışdı.

Burada gəzinti yolları, oturacaqlar, fəvvarələr və müasir landşaft dizaynı park mədəniyyətində yeni standart yaradıb.
 

2022-ci və 2024-cü illərdə isə müvafiq olaraq parkın ikinci və üçüncü hissələri sakinlərin istifadəsinə verilib. Bu müddət ərzində parkın funksionallığı genişləndirilib. Artıq park yalnız gəzinti və istirahət deyil, həm də müxtəlif ictimai tədbirlər və ailəvi əyləncə üçün məkan kimi fəaliyyət göstərməyə başlayıb.


Velosiped yolları, açıq hava idman zonaları, uşaq oyun meydançaları və sakit istirahət sahələri əlavə edilib. Park ərazisinin ətrafındakı nəqliyyat və piyadaların hərəkəti də optimallaşdırılıb.

Şəhərin dinamik ritminə uyğun olaraq burada həm fəal, həm də sakit həyat tərzini dəstəkləyən sahələr yaradılıb.

Həmçinin daha çox ağac əkilib, dekorativ bitki zolaqları yaradılıb və su elementlərinin sayı artırılıb. Hazırda parkın ərazisi təxminən 36 hektar təşkil etsə də, dördüncü hissədə parka metronun "Nizami" stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olunacaq.



Tarix yaşıllığın içində yaşayacaq
 

Hazırda həyata keçirilən dördüncü mərhələ parkın ən geniş əhatəli və konseptual baxımdan zəngin hissəsi hesab olunur. Metronun “Nizami” stansiyası ətrafında yerləşən təxminən 21 hektar sahə parkın əvvəlki hissələrinə birləşdirilərək vahid şəhər yaşıllıq kəməri formalaşdıracaq.


İqlim şəraiti, flora və ətraf mühit nəzərə alınmaqla, burada geniş yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulur. Parkda qarışıq ağac növlərinin olacağı sıx meşə tipli zona ərazinin landşaftında özünəməxsus yer tutacaq. Zəngin biomüxtəliflik sayəsində şəhər mərkəzində ekoloji təmiz və istirahət üçün münasib mühit və ictimai məkanlar yaradılacaq.
 

Park ərazisində böyük süni gölün də yaradılması nəzərdə tutulur. Bu göl ətrafında xüsusi aktivlik yaratmaqla, təkcə parkın deyil, Bakının ən cəlbedici elementlərindən biri olacaq. Gölün yerləşdiyi zonada əkiləcək bitkilər və güllər ərazinin estetikasına əlavə dəyər qatacaq.


Funksional olaraq, parkın dördüncü hissəsində rekreasiya, gölkənarı istirahət, idman, mədəni tədbir zonaları və uşaq oyun meydançaları nəzərdə tutulur.

Layihədə ətrafdakı yaşayış zonaları və nəqliyyat infrastrukturu ilə əlaqələndirməyə xüsusi diqqət yetiriləcək.

Ərazidə mövcud olan tarixi tikililərin yeni funksiyalarla zənginləşdirilərək yenidən qurulması və parka inteqrasiyası planlaşdırılır. Nəqliyyat axınının optimallaşdırılması məqsədilə parkın ərazisində qapalı avtodayanacağın təşkili nəzərdə tutulur.



Eyni zamanda, "Təzə Pir" məscidi ətrafındakı və Baş planla ictimai-işgüzar zona kimi müəyyən edilmiş ərazidə tarixi məhəllənin də Bakının özünəməxsus şəhərsalma və memarlıq nümunəsi kimi ətraf mühitə və yeni şəhərsalma strukturuna inteqrasiyası üçün müasir standartlara uyğun abadlaşdırılması və yenidən qurulması planlaşdırılır.
 

Layihə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət (memarlıq) abidələrinin mütləq şəkildə saxlanılaraq qorunmasını və abidə olmayan, lakin tarixi dəyəri olan bir sıra digər binaların saxlanılaraq məhəllənin ümumi konsepsiyasına uyğunlaşdırılmasını nəzərdə tutur.


Burada, eyni zamanda, şəhər sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli keçirməsi üçün yaşıl zonalar, mədəniyyət ocaqları, əlverişli infrastruktur yaradılacaq.

Qeyd edilən işlər paytaxtımızın unikal tarixi və memarlıq siması saxlanılmaqla, Baş plana və müasir şəhərsalma standartlarına uyğun olaraq daha da inkişaf etdirilməsi, rahat, mobil və yaşıl şəhərə çevrilməsi istiqamətində atılan növbəti önəmli tədbirlər sırasındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Çində dəhşətli virus YAYILIR – Minlərlə insan YOLUXDU

SON DƏQİQƏ! Çində dəhşətli virus YAYILIR – Minlərlə insan YOLUXDU

Əli Əsədov Türkmənistan Prezidentinin QƏBULUNDA

Əli Əsədov Türkmənistan Prezidentinin QƏBULUNDA

Sumqayıtda itkin düşən yeniyetmə qız TAPILDI

Sumqayıtda itkin düşən yeniyetmə qız TAPILDI

“Qəbələ” iki futbolçu ilə müqaviləni UZATDI

“Qəbələ” iki futbolçu ilə müqaviləni UZATDI

Yer kürəsində tarixin ən qısa günü olacaq: Alimlər fəlakətli nəticələr barədə xəbərdarlıq etdilər

Yer kürəsində tarixin ən qısa günü olacaq: Alimlər fəlakətli nəticələr barədə xəbərdarlıq etdilər

Qaxda 53 yaşlı qadın sirkə turşusundan ZƏHƏRLƏNDİ- FOTO

Qaxda 53 yaşlı qadın sirkə turşusundan ZƏHƏRLƏNDİ- FOTO

Qiyməti sudan ucuz Xaçmaz pomidoru sahələrdə çürüyür – VİDEO

Qiyməti sudan ucuz Xaçmaz pomidoru sahələrdə çürüyür – VİDEO

Şahin Şıxlinski təkadamlıq kameraya SALINDI – İndi də qətl cəhdində ittiham olunur

Şahin Şıxlinski təkadamlıq kameraya SALINDI – İndi də qətl cəhdində ittiham olunur

Saxta diplom qalmaqalı Türkiyə mediasında - FOTO

Saxta diplom qalmaqalı Türkiyə mediasında - FOTO

Tələbələrin köçürülməsi üzrə qəbulun nəticələri AÇIQLANDI

Tələbələrin köçürülməsi üzrə qəbulun nəticələri AÇIQLANDI

Qanunsuz pensiya alanların NƏZƏRİNƏ: İndiyə qədər aldığınız təqaüdlər...

Qanunsuz pensiya alanların NƏZƏRİNƏ: İndiyə qədər aldığınız təqaüdlər...

Füzuli və Arxadağ şəhərləri qardaşlaşacaq

Füzuli və Arxadağ şəhərləri qardaşlaşacaq

Namik Ələsgərovun yeni klubu BƏLLİ OLDU

Namik Ələsgərovun yeni klubu BƏLLİ OLDU

DİN-in xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası HAZIRLANACAQ - FƏRMAN

DİN-in xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası HAZIRLANACAQ - FƏRMAN

Sabirabadda 4 yaşlı qıza qarşı İYRƏNC ƏMƏL - 64 yaşlı şəxsi hansı CƏZA gözləyir?

Sabirabadda 4 yaşlı qıza qarşı İYRƏNC ƏMƏL - 64 yaşlı şəxsi hansı CƏZA gözləyir?

Ötən ay havanın temperaturu iqlim normasından yuxarı olub - RƏSMİ

Ötən ay havanın temperaturu iqlim normasından yuxarı olub - RƏSMİ

Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM

Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM

Əhaliyə qəribə çağırış: Ev heyvanınızı yırtıcılara yem kimi gətirin - Danimarkada

Əhaliyə qəribə çağırış: Ev heyvanınızı yırtıcılara yem kimi gətirin - Danimarkada

Bu şəxslər 15 min manatadək cərimə OLUNACAQ – Qanun TƏSDİQLƏNDİ

Bu şəxslər 15 min manatadək cərimə OLUNACAQ – Qanun TƏSDİQLƏNDİ

Belçika klubunun üzvü “Milan”a keçidin BİR ADDIMLIĞINDA

Belçika klubunun üzvü “Milan”a keçidin BİR ADDIMLIĞINDA

Prezident "Polis haqqında" Qanuna dəyişiklikləri təsdiqlədi

Prezident "Polis haqqında" Qanuna dəyişiklikləri təsdiqlədi

Oğuzda balta ilə insanlara hücum edən ruhi xəstə SAXLANILDI

Oğuzda balta ilə insanlara hücum edən ruhi xəstə SAXLANILDI

Dünyanın gözü AĞ EVDƏ - Trampın Rusiyaya verdiyi vaxt başa çatır - EKSKLÜZİV TƏHLİL

Dünyanın gözü AĞ EVDƏ - Trampın Rusiyaya verdiyi vaxt başa çatır - EKSKLÜZİV TƏHLİL

22 yaşlı gənc Pirşağıda dənizdə boğularaq dünyasını dəyişdi – FOTO

22 yaşlı gənc Pirşağıda dənizdə boğularaq dünyasını dəyişdi – FOTO

End of content

No more pages to load

RADİO