Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

5 Avqust – Azərbaycan Hərbi Donanması Günüdür.

Bizim.Media xəbər verir ki, Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılıb.
 

Belə ki, 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil edildi.


Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu.
 

1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi topu, 10 sahil topu, simsiz teleqraf qurğuları və s. aldı.


Azərbaycan Hökuməti Rusiya donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, türk əsilli İslamovu milli donanmanın yaradılması işinə kömək göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət etdi. “Astrabad”, “Qars” və “Ərdəhan” hərb gəmilərinin komandirliyi azərbaycanlı kapitanlara tapşırıldı.
 

Hərbi donanmanın maddi-texniki bazasının və kadr təminatının gücləndirilməsi planları aprel işğalı nəticəsində həyata keçirilməmiş qaldı. Az sonra bolşeviklərin gəlişi ilə Azərbaycan hərbi donanması ləğv olundu.


SSRİ dağıldıqdan sonra Azərbaycanda da hərbi-dəniz donanmasının təşkilinə şərait yarandı.
 

1992-ci il aprelin 7-də Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yaradıldı. Xəzər Hərbi Dəniz Donanmasının 25 %-i və Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının ixtiyarına verildi.


1992-ci il iyunun 26-da “Bakılı” keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırıldı.
 

Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.


Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən hər il avqustun 5-i ölkədə Hərbi Donanma Günü kimi qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nərgiz İsmayılova vəzifəsindən GETDİ

Nərgiz İsmayılova vəzifəsindən GETDİ

Tələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ

Tələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ

Kamran Nəbizadə yeni vəzifəyə TƏYİN EDİLDİ

Kamran Nəbizadə yeni vəzifəyə TƏYİN EDİLDİ

Ukraya səfiri Azərbaycana təşəkkür etdi – FOTO

Ukraya səfiri Azərbaycana təşəkkür etdi – FOTO

Bakıda AİLƏ DRAMI: Qadın ərini öldürdü

Bakıda AİLƏ DRAMI: Qadın ərini öldürdü

Trampdan dünyanı qorxuya salan ADDIM – Nüvə müharibəsi yenidən GÜNDƏMDƏ

Trampdan dünyanı qorxuya salan ADDIM – Nüvə müharibəsi yenidən GÜNDƏMDƏ

Kadırovun 17 yaşlı oğlu daha bir vəzifəyə TƏYİN EDİLDİ

Kadırovun 17 yaşlı oğlu daha bir vəzifəyə TƏYİN EDİLDİ

Kamran Əliyev onu şöbə rəisi təyin etdi

Kamran Əliyev onu şöbə rəisi təyin etdi

5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir

5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir

"İçərişəhər"də yeni təyinat

"İçərişəhər"də yeni təyinat

Mərkəzi Parkın genişləndirilməsi: Tarix və müasirlik arasında yeni yaşıl nəfəs - ARAŞDIRMA

Mərkəzi Parkın genişləndirilməsi: Tarix və müasirlik arasında yeni yaşıl nəfəs - ARAŞDIRMA

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Avqustun 5-nin ən şanslı 3 BÜRCÜ

Avqustun 5-nin ən şanslı 3 BÜRCÜ

Gərginlik ARTIR - Almaniya qırıcılarını Belarusla sərhədə GÖNDƏRDİ

Gərginlik ARTIR - Almaniya qırıcılarını Belarusla sərhədə GÖNDƏRDİ

ABŞ və Fransa rəsmiləri Azərbaycan-Ermənistan sülh prosesini MÜZAKİRƏ ETDİLƏR

ABŞ və Fransa rəsmiləri Azərbaycan-Ermənistan sülh prosesini MÜZAKİRƏ ETDİLƏR

Olimpiada FİASKOSU - Azərbaycan niyə medal qazana BİLMƏDİ?

Olimpiada FİASKOSU - Azərbaycan niyə medal qazana BİLMƏDİ?

5 ildən sonra 25-44 yaşlı qadınların yarısı subay və övladsız olacaq – SENSASİON PROQNOZ

5 ildən sonra 25-44 yaşlı qadınların yarısı subay və övladsız olacaq – SENSASİON PROQNOZ

DİQQƏT! Bakının bu ərazilərində işıq kəsiləcək

DİQQƏT! Bakının bu ərazilərində işıq kəsiləcək

Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən faydalı 4 ədviyyat

Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən faydalı 4 ədviyyat

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

SON DƏQİQƏ! İranda güclü zəlzələ oldu

SON DƏQİQƏ! İranda güclü zəlzələ oldu

Rasim Əliyev vəfat etdi

Rasim Əliyev vəfat etdi

"Evində it qədər hörməti olmayan biri..."

"Evində it qədər hörməti olmayan biri..."

Moskvada həyəcan: Çayın rəngi qəfildən dəyişdi – VİDEO

Moskvada həyəcan: Çayın rəngi qəfildən dəyişdi – VİDEO

End of content

No more pages to load

RADİO