COP29-a görə bəzi ixtisasların keçid balı arta bilər

Ötən il Bakıda keçirilən COP29 İqlim Konfransının bir sıra yerli sahələrə, o cümlədən ali təhsil sisteminə təsir edəcəyi istisna edilmir. Belə ki, tədbir ərəfəsində Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin də qeyd etdiyi ki, COP29-un ölkədə təşkil olunması ətraf mühit, yaşıl enerji və davamlı inkişafla bağlı ixtisaslara marağı artıraraq qəbul ballarına təsir göstərə bilər.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlama verən təhsil ekspertləri də bu tendensiyanı istisna etmir. 

Təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, COP29 tədbirinin ölkəmizdə keçirilməsi ekologiya, ətraf mühit və enerji ilə bağlı ixtisaslara marağın artmasına zəmin yarada bilər.
 

Ekspertə görə, bu tendensiya təkcə abituriyent seçimlərinə deyil, həm də dövlətin gələcək iqtisadi və sosial siyasətində yaşıl iqtisadiyyata keçid istiqamətində atdığı addımlarla birbaşa əlaqəlidir:


“Müşahidələrim və təhlillərim onu deməyə əsas verir ki, ekologiya mühəndisliyi, ətraf mühitin mühafizəsi kimi ixtisaslara maraq artacaq. COP29-un Azərbaycanda keçirilməsi həm bu sahələrin aktual məsələlərə çevrilməsi, həm də gənclərin bu istiqamətdə düşünməsinə səbəb ola bilər. Bu ixtisaslarda, xüsusilə də dövlət sifarişi əsasında təklif olunan yerlərdə keçid ballarının artımı gözləniləndir”.

Bununla belə, Rizvan Fikrətoğlu hesab edir ki, abituriyentlərin bu sahələrə yönəlməsi, bəzi hallarda real maraqdan yox, məcburiyyətdən qaynaqlana bilər:
 

“Reallıq budur ki, COP29 tədbirindən sonra bu sahələrin mahiyyəti, ictimai əhəmiyyəti və gələcək perspektivləri ilə bağlı təbliğat və maarifləndirmə işləri kifayət qədər zəif aparıldı.


Bu səbəbdən də bəzi abituriyentlər bu ixtisaslara daha çox məcburən, yəni I ixtisas qrupunda 200 balı keçməyənlərin seçimində müşahidə oluna bilər.
 

Təhsil tədqiqatçısı Elmin Nuri isə açıqlamasında bildirib ki, ötən il ölkəmizdə keçirilmiş COP29 beynəlxalq ali təhsildə də bir sıra mühüm müzakirələrə yol açdı.


Onun sözlərinə görə, konfrans zamanı bir çox ölkələrin universitet nümayəndələri və tələbələri Azərbaycana maraq göstərməyə başlayıb.

“COP29 tədbiri keçirilərkən ali təhsil seqmenti ilə əlaqələndirmə məsələləri diqqət mərkəzində idi. Xüsusilə, ali təhsil müəssisələrində ekoloji əsaslı ixtisasların artırılmasının vacibliyi qeyd olunurdu. Bu, həm beynəlxalq əməkdaşlıq baxımından, həm də ölkə daxilində yaşıl iqtisadiyyata keçidlə bağlı strateji hədəflərə uyğundur”.
 

Elmin Nuri qeyd edir ki, bu il ixtisas seçiminin ilkin mərhələsində valideyn və abituriyentlərlə aparılan söhbətlər zamanı ekologiya mühəndisliyinə marağın ötən illərlə müqayisədə dəyişmədiyi müşahidə olunur:


“Hazırda ekologiya mühəndisliyi istiqamətinə maraq əvvəlki illərlə demək olar ki, bərabərdir.

 

Əlbəttə, plan yerlərinin sayı hələ tam açıqlanmayıb, lakin gözlənti ondan ibarətdir ki, ekologiya və ətraf mühit əsaslı ixtisaslarda plan yerləri artırıla bilər. Bu da dövlətin yaşıl inkişaf prioritetləri ilə bağlıdır”.


Bununla belə, təhsil tədqiqatçısı birinci ixtisas qrupunda marağın daha çox texnologiya yönümlü sahələrə yönəldiyini vurğulayıb:

“Ənənəvi olaraq kompüter elmləri və informasiya texnologiyalarına maraq üstünlük təşkil edir.

Bu tendensiya bu il də davam edəcəyi gözlənilir. Amma ekologiya ilə bağlı ixtisaslar uzunmüddətli baxışda strateji əhəmiyyət daşıyır və gələcəkdə marağın daha da artacağı gözlənilir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nərgiz İsmayılova vəzifəsindən GETDİ

Nərgiz İsmayılova vəzifəsindən GETDİ

Tələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ

Tələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ

Kamran Nəbizadə yeni vəzifəyə TƏYİN EDİLDİ

Kamran Nəbizadə yeni vəzifəyə TƏYİN EDİLDİ

Ukraya səfiri Azərbaycana təşəkkür etdi – FOTO

Ukraya səfiri Azərbaycana təşəkkür etdi – FOTO

Bakıda AİLƏ DRAMI: Qadın ərini öldürdü

Bakıda AİLƏ DRAMI: Qadın ərini öldürdü

Trampdan dünyanı qorxuya salan ADDIM – Nüvə müharibəsi yenidən GÜNDƏMDƏ

Trampdan dünyanı qorxuya salan ADDIM – Nüvə müharibəsi yenidən GÜNDƏMDƏ

Kadırovun 17 yaşlı oğlu daha bir vəzifəyə TƏYİN EDİLDİ

Kadırovun 17 yaşlı oğlu daha bir vəzifəyə TƏYİN EDİLDİ

Kamran Əliyev onu şöbə rəisi təyin etdi

Kamran Əliyev onu şöbə rəisi təyin etdi

5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir

5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir

"İçərişəhər"də yeni təyinat

"İçərişəhər"də yeni təyinat

Mərkəzi Parkın genişləndirilməsi: Tarix və müasirlik arasında yeni yaşıl nəfəs - ARAŞDIRMA

Mərkəzi Parkın genişləndirilməsi: Tarix və müasirlik arasında yeni yaşıl nəfəs - ARAŞDIRMA

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Avqustun 5-nin ən şanslı 3 BÜRCÜ

Avqustun 5-nin ən şanslı 3 BÜRCÜ

Gərginlik ARTIR - Almaniya qırıcılarını Belarusla sərhədə GÖNDƏRDİ

Gərginlik ARTIR - Almaniya qırıcılarını Belarusla sərhədə GÖNDƏRDİ

ABŞ və Fransa rəsmiləri Azərbaycan-Ermənistan sülh prosesini MÜZAKİRƏ ETDİLƏR

ABŞ və Fransa rəsmiləri Azərbaycan-Ermənistan sülh prosesini MÜZAKİRƏ ETDİLƏR

Olimpiada FİASKOSU - Azərbaycan niyə medal qazana BİLMƏDİ?

Olimpiada FİASKOSU - Azərbaycan niyə medal qazana BİLMƏDİ?

5 ildən sonra 25-44 yaşlı qadınların yarısı subay və övladsız olacaq – SENSASİON PROQNOZ

5 ildən sonra 25-44 yaşlı qadınların yarısı subay və övladsız olacaq – SENSASİON PROQNOZ

DİQQƏT! Bakının bu ərazilərində işıq kəsiləcək

DİQQƏT! Bakının bu ərazilərində işıq kəsiləcək

Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən faydalı 4 ədviyyat

Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən faydalı 4 ədviyyat

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

SON DƏQİQƏ! İranda güclü zəlzələ oldu

SON DƏQİQƏ! İranda güclü zəlzələ oldu

Rasim Əliyev vəfat etdi

Rasim Əliyev vəfat etdi

"Evində it qədər hörməti olmayan biri..."

"Evində it qədər hörməti olmayan biri..."

Moskvada həyəcan: Çayın rəngi qəfildən dəyişdi – VİDEO

Moskvada həyəcan: Çayın rəngi qəfildən dəyişdi – VİDEO

End of content

No more pages to load

RADİO