Avqustun 5-də 2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsinə start verilir.
Bizim.Media xəbər verir ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Belə ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 5 avqust saat 15:00, 10-cu siniflər üçün isə 12 avqust saat 11:00-dan aktivləşdiriləcək.
Yerdəyişmə prosesi imtahanla həyata keçirilən müəssisələr üzrə imtahanlar 16-17 avqust tarixlərində həyata keçiriləcək.
Övladlarının həmin imtahanlarda iştirak etməyini istəyən valideynlər 5 avqust 15:00 tarixindən 13 avqust 18:00 tarixinə qədər sy.edu.az platforması üzərindən qeydiyyatdan keçə bilər.
Qeyd edək ki, proses 20 avqust 18:00-a qədər davam edəcək.
İmtahanla yerdəyişmə həyata keçirilən müəssisələrlə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.
//onedrive.live.com/?redeem=aHR0cHM6Ly8xZHJ2Lm1zL2IvYy81OTEyNjdlZGM4OWU4ZDZiL0VWWjc1UzZYS2tWTms4RW1MZHNYa2djQmhlM0R4OXh0bnE5TmN5Nld5TFZhcEE%5FZT1DVUFCZFo&cid=591267EDC89E8D6B&id=591267EDC89E8D6B%21s2ee57b562a974d4593c1262ddb179207&parId=root&o=OneUp
Bizim.Media