Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya üçün Azərbaycana yola düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X"də yazıb.
O, dəstəyə görə Azərbaycanın Moldovadakı səfirliyinə təşəkkür edib.
Diplomat bildirib ki, reabilitasiya proqramı çərçivəsində indiyədək 360 uşaq Azərbaycana gətirilib.
Qeyd edək ki, iyulun 1-də Ukraynanın Sumı vilayətindən uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Azərbaycana gəlib.
Bizim.Media