Bakıda Sinaqoqa hücum hazırlayan şəxsin MƏHKƏMƏSİ: “İŞİD-də tanışının olduğunu dedi”

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media “Report.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahid M.A-nin sözlərinə görə, Abdulla Əliyev ona İŞİD-də tanışının olduğunu deyib:

“Mən 2024-cü ilin noyabr ayında “Instagram” sosial şəbəkəsi vasitəsilə Abdulla ilə tanış oldum, daha sonra onunla mütəmadi yazışmağa başladıq.
 

O, mənə İŞİD-lə bağlı danışdı. Hətta orada tanışının da olduğunu dedi. Bir həftə sonra mənə qrup göndərdi. Daxil oldum. Oxudum. Sonra başqa gizli qrup göndərdi. Üzv olmağımı istədi. Bir müddət sonra mənə sinaqoqa hücum edəcəyini dedi və bunun üçün məndən balta, bıçaq, molotov kokteyli, əlcək istədi.


O mənə dedi ki, buradan sonra vaxtı çatanda başqa yerləri də partladacaqdır. Dedi ki, mən öləndən sonra işimi davam elətdir. Mənə məkan göndərdi. Getdim. Maşına mindi və biz sinaqoq istiqamətində hərəkət etdik. Yolda bizi DTX əməkdaşları saxladı. Baxış keçirildi. Maşından və Abdullanın üzərindən ona məxsus əşyalar və yandırıcı maddələr aşkar olundu”.

Məhkəmənin növbəti iclası sentyabrın 22-də olacaq.

Qeyd edək ki, Abdulla Əliyev AR Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.

Məlumata görə, o, Bakıda yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücuma hazırlaşan zaman DTX-nin əməkdaşları tərəfindən saxlanılıb.

İttihama görə, Sumqayıt şəhərində yaşayan, “İŞİD Xorasan” terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyev “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı terror aktı həyata keçirməyə hazırlaşıb.

O, ötən il dekabrın 28-də avtomobillə yəhudi sinaqoquna yaxınlaşıb və “Molotov kokteyli” və digər silah qismində istifadə etmək istədiyi əşya və predmetlərlə sinaqoqa hücum etməyə hazırlaşıb. Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilərək götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şamaxıda FACİƏ: ailəsi gənc oğlanın meyitini tapdı

Şamaxıda FACİƏ: ailəsi gənc oğlanın meyitini tapdı

SON DƏQİQƏ: HƏMAS-dan mühüm açıqlama gəldi: “RAZIYIQ!”

SON DƏQİQƏ: HƏMAS-dan mühüm açıqlama gəldi: “RAZIYIQ!”

Bakıda sərnişin avtobusu işıqfora çırpıldı - VİDEO

Bakıda sərnişin avtobusu işıqfora çırpıldı - VİDEO

Qubadakı yanğını onlar törədib - ADLAR

Qubadakı yanğını onlar törədib - ADLAR

Tramp yenə Hindistanı hədələdi

Tramp yenə Hindistanı hədələdi

Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı verildi

Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı verildi

Ukraynalı uşaqların daha bir qrupu Azərbaycana yola düşdü - FOTO

Ukraynalı uşaqların daha bir qrupu Azərbaycana yola düşdü - FOTO

Ölümündən bir ay sonra övladı doğuldu

Ölümündən bir ay sonra övladı doğuldu

ŞOK: Qum adası sahilə birləşərək yarımada oldu - Faunanı hansı təhlükə gözləyir?

ŞOK: Qum adası sahilə birləşərək yarımada oldu - Faunanı hansı təhlükə gözləyir?

Qəbələdə xarici turistlər bu səbəbdən qəzaya düşüb - FOTO

Qəbələdə xarici turistlər bu səbəbdən qəzaya düşüb - FOTO

Bakıda avtomobil AŞDI: Tıxac YARANDI - VİDEO

Bakıda avtomobil AŞDI: Tıxac YARANDI - VİDEO

Avropa İttifaqının Ukrayna üçün 6,6 milyard avro vəsaiti bloklanıb -Ermənipərəst Borrell

Avropa İttifaqının Ukrayna üçün 6,6 milyard avro vəsaiti bloklanıb -Ermənipərəst Borrell

Zelenski cəbhə xəttində görün hansı məlumatı öyrənib? - VİDEO

Zelenski cəbhə xəttində görün hansı məlumatı öyrənib? - VİDEO

Qəbələdə əcnəbi turistlər qəzaya uğradı - Yaralılar var

Qəbələdə əcnəbi turistlər qəzaya uğradı - Yaralılar var

İranda həbs edilən Azərbaycan vətəndaşları barədə məlumatlar təqdim edilmir - Ayxan Hacızadə

İranda həbs edilən Azərbaycan vətəndaşları barədə məlumatlar təqdim edilmir - Ayxan Hacızadə

“Bakı Metropoliteni”ndən departament rəislərinin işdən çıxarılması xəbərinə REAKSİYA

“Bakı Metropoliteni”ndən departament rəislərinin işdən çıxarılması xəbərinə REAKSİYA

Britaniyada güclü qasırğa: Nəqliyyatın hərəkəti iflic oldu

Britaniyada güclü qasırğa: Nəqliyyatın hərəkəti iflic oldu

SON DƏQİQƏ: Azərbaycan Ordusu atəş açmayıb - Ermənistanın məlumatları həqiqəti əks etdirmir

SON DƏQİQƏ: Azərbaycan Ordusu atəş açmayıb - Ermənistanın məlumatları həqiqəti əks etdirmir

Rəsmi Bakıdan İran XİN sözçüsünün iddialarına SƏRT CAVAB

Rəsmi Bakıdan İran XİN sözçüsünün iddialarına SƏRT CAVAB

Bakının bu ərazilərində işıq olmayacaq

Bakının bu ərazilərində işıq olmayacaq

Mixail Qusman yeni vəzifəyə təyin olunub?

Mixail Qusman yeni vəzifəyə təyin olunub?

37 mindən çox abituriyent qabiliyyət imtahanı verəcək

37 mindən çox abituriyent qabiliyyət imtahanı verəcək

Polis əməliyyat keçirdi - SAXLANILAN VAR - FOTO

Polis əməliyyat keçirdi - SAXLANILAN VAR - FOTO

“Qəbələ” braziliyalı müdafiəçi ilə müqavilə bağladı

“Qəbələ” braziliyalı müdafiəçi ilə müqavilə bağladı

End of content

No more pages to load

RADİO