Qaçaqmalçılıqda ittiham olunan ictimai fəal Anar Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu gün prokurorun vəsatəti əsasında belə qərar qəbul edib.
Qərara əsasən, A.Abdullyev barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs-qətimkan tədbiri ilə əvəzlənib.
Qeyd edək ki, A.Abdullayev bir neçə gün əvvəl inzibati qaydada 30 gün müddətinə həbs edilib. O, məhkəməyə müvəqqəti saxlama təcridxanasından gətirilib.
Bizim.Media