Kosmik anomaliya: Əks istiqamətdə hərəkət edən planet tapıldı

Alimlər planetar sistemlərin anlaşılmasında mühüm irəliləyiş əldə edərək, "Nu Oktantis” adlı ulduz sistemində öz ulduzlarının fırlanma istiqamətinin əksinə hərəkət edən unikal planet kəşf ediblər. Bu kəşf, planetlərin yaranması ilə bağlı klassik nəzəriyyələrə ciddi şəkildə meydan oxuyur və astronomiya dərsliklərini yenidən yazmağa səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, "Nature” jurnalında dərc olunan araşdırma, bu planetin retroradial orbitdə – yəni sistemin "axınına qarşı" hərəkət etdiyini təsdiqləyib. 
 

Kəşf Avropa Cənub Rəsədxanasının HARPS spektroqrafı ilə aparılan dəqiq müşahidələr sayəsində mümkün olub. Tədqiqata Honqkonq Universitetindən professor Man Hoy Li rəhbərlik edib.


"Nu Oktantis” sistemi iki ulduzdan ibarətdir: Günəşdən daha kütləvi olan "Nu Okt A” subqiqantı və hal-hazırda ağ cırtdan olan "Nu Okt B”. Ulduz cütlüyünün orbit dövrü 1050 gündür. Məhz bu 2,9 milyard illik sistemdə alimlər ulduzların fırlanma istiqamətinə zidd hərəkət edən planetin mövcudluğunu təsdiqləyiblər.

Tədqiqatın həmmüəllifi Xo Van Çenin sözlərinə görə:

"Biz planetin orbitinin təkcə retroradial olmadığını, həm də ulduzların fırlanma müstəvisi ilə demək olar ki, eyni düzülüşdə olduğunu müəyyən etdik ki, bu da son dərəcə nadir hadisədir".

Retroradial orbit fenomeni astronomlar arasında təəccüb doğurur, çünki əksər planetlər ulduzlarla eyni istiqamətdə, eyni qaz və toz buludundan yaranır.
 

"Nu Oktantis” halında alimlər ehtimal edir ki, planet "Nu Okt B” ulduzu ağ cırtdana çevriləndə atılan materialdan yaranmış ola bilər. Digər bir versiyaya görə isə bu planet əvvəlcədən mövcud olub və sonradan sistem tərəfindən "tutularaq” əks orbitə yönləndirilib.


Tədqiqatın həmmüəllifi, doktor Trifon Trifonov bunu "ikinci nəsil planet” nümunəsi kimi qiymətləndirir. Belə ki, bu tip planetlər sistemin ilkin yaranması zamanı deyil, ulduzların təkamülü nəticəsində daha sonra formalaşa bilər. (qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimizin üzvü Səudiyyə Ərəbistanında OYNAYA BİLƏR

Millimizin üzvü Səudiyyə Ərəbistanında OYNAYA BİLƏR

Putinin iqamətgahı yanında qarğalara əlini yellədi, saxlanıldı

Putinin iqamətgahı yanında qarğalara əlini yellədi, saxlanıldı

Abşeronda taksidə dava düşdü, müştəri sürücünü bıçaqladı

Abşeronda taksidə dava düşdü, müştəri sürücünü bıçaqladı

Bakıda Sinaqoqa hücum hazırlayan şəxsin MƏHKƏMƏSİ: “İŞİD-də tanışının olduğunu dedi”

Bakıda Sinaqoqa hücum hazırlayan şəxsin MƏHKƏMƏSİ: “İŞİD-də tanışının olduğunu dedi”

SON DƏQİQƏ! Əhaliyə XƏBƏRDARLIQ edildi - 24 saat ərzində...

SON DƏQİQƏ! Əhaliyə XƏBƏRDARLIQ edildi - 24 saat ərzində...

Ötən ay suda boğulanların sayı açıqlandı

Ötən ay suda boğulanların sayı açıqlandı

“Qarabağ” braziliyalı hücumçu ilə RAZILIĞA GƏLDİ

“Qarabağ” braziliyalı hücumçu ilə RAZILIĞA GƏLDİ

Almaxanımın oğulları ilə görüntüsü gündəm oldu – VİDEO

Almaxanımın oğulları ilə görüntüsü gündəm oldu – VİDEO

Müəllimlik ixtisasını seçən oğlanlara 200 manat təqaüd – Bu addım problemi aradan QALDIRACAQ?

Müəllimlik ixtisasını seçən oğlanlara 200 manat təqaüd – Bu addım problemi aradan QALDIRACAQ?

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Məzun olduqdan sonra kim, harada işləyir və nə qədər maaş alır?

Məzun olduqdan sonra kim, harada işləyir və nə qədər maaş alır?

"Sevdiyim insan var" - Günay

"Sevdiyim insan var" - Günay

Bakıda və bəzi rayonlarda müşahidə olunan tozlu havanın SƏBƏBİ AÇIQLANDI

Bakıda və bəzi rayonlarda müşahidə olunan tozlu havanın SƏBƏBİ AÇIQLANDI

Bakıda bu binaların istilik sistemləri yoxlanışdan KEÇİRİLƏCƏK

Bakıda bu binaların istilik sistemləri yoxlanışdan KEÇİRİLƏCƏK

Prezident TƏSDİQLƏDİ – Tikinti prosedurları SADƏLƏŞDİRİLİR

Prezident TƏSDİQLƏDİ – Tikinti prosedurları SADƏLƏŞDİRİLİR

"Qırmızı Körpü” gömrük postunda 120 avtomobil gözləyir – RƏSMİ

"Qırmızı Körpü” gömrük postunda 120 avtomobil gözləyir – RƏSMİ

Bu qurumda qulluqda olmanın yaş həddi 65-ə qaldırıldı

Bu qurumda qulluqda olmanın yaş həddi 65-ə qaldırıldı

Qubada avtomobil çaya aşdı – Xəsarət alanlar var – VİDEO

Qubada avtomobil çaya aşdı – Xəsarət alanlar var – VİDEO

Prezidentdən Şahin Babayevlə bağlı FƏRMAN

Prezidentdən Şahin Babayevlə bağlı FƏRMAN

Anar Abdullayev barəsində həbs-qətimkan tədbiri seçildi

Anar Abdullayev barəsində həbs-qətimkan tədbiri seçildi

Evlənmək üçün ən uğurlu ay hansıdır? – Aybaay nikahın mənası və nəticələri

Evlənmək üçün ən uğurlu ay hansıdır? – Aybaay nikahın mənası və nəticələri

Azərbaycanda istidən beyninə qan sızan kişi dünyasını dəyişdi

Azərbaycanda istidən beyninə qan sızan kişi dünyasını dəyişdi

Ukraynadan Krımdakı Rusiya aerodromuna HÜCUM – 5 təyyarə VURULDU – VİDEO

Ukraynadan Krımdakı Rusiya aerodromuna HÜCUM – 5 təyyarə VURULDU – VİDEO

Polis bu ərazilərdə nəzarəti GÜCLƏNDİRDİ

Polis bu ərazilərdə nəzarəti GÜCLƏNDİRDİ

End of content

No more pages to load

RADİO