Oğuzda bıçaqlanma hadisəsi baş verib.
Şəhər ərazisindəki kafelərdən birində mübahisə sonradan qanlı bıçaqlanma ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 39 yaşlı Sahil Məhərrəmov aralarında yaranmış mübahisə zamanı tanışı, 34 yaşlı Cavid Əhmədova bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-nın sorğusuna bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu