Yuxu rejimində də cinsi ayrı-seçkilik - Qadınlar niyə çox yatmalıdır?

Qadınların kişilərlə müqayisədə daha çox yuxu yatması bir tənbəllik və ya fərdi xüsusiyyətdən deyil, bədənlərinin və beyinlərinin daha çox bərpaya ehtiyac duymasından irəli gəlir. Yəni günü kəskinsüjetli, dramatik serial kimi keçən qadının gecə “reklam fasiləsi” də uzun çəkir. Yuxu, əslində qadın beyninin təmiri, müasir dillə desək, güncəllənməsidir. Qadın beyni niyə belə bir reabilitasiyaya ehtiyac duyur? Ana təbiət niyə öz həmcinslərinə əlavə “istirahət paket”i verir?

Mühərrik kimi işləyən beynin “servis xidməti” də olmalıdır
 

MÖVZU İLƏ BAĞLI:

Günortadan sonra uzun saatlar yatmaq riskli imiş - Araşdırma


Qadın beyni, ümumiyyətlə mürəkkəb şəkildə işləyir, yəni eyni anda bir neçə işi planlayır, müxtəlif məsələlərin həllinə yönəlir. “Corabımın tayı hanı” sualından tutmuş, “Sabah toya nə geyinəcəm” kimi tərəddüdlər arasında qalan, öz problemləri bir yana sosial veriliş qəhrəmanlarının pafoslu çıxışlarına da kövrələn, həyəcanlanan qadın beyni gün ərzində gücləndirilmiş iş rejimində çalışır, bu da daha çox sərfiyyat deməkdir.

Qadınlar stresə də fərqli reaksiya verirlər, problemlərə “əl sallayıb” keçmirlər, əksinə onu daha da şişirdirlər, ssenariləşdirirlər. Bu qədər emosionallıq, gərginlik, “dağı arana, aranı dağa” gətirmək həm bədəni, həm də beyni yorur.

Ona görə də əlavə yuxu tələb olunur ki, beyin özünü “zavod rejimi”nə qaytara bilsin – ən azından növbəti gecəyədək...

Həmçinin qadınlar kişilərdən fərqli olaraq təkcə çörəkpulu qazanmaq dərdində də deyillər. İşləyən qadınların üstəlik məişət qayğıları, ailə nizamlanması, digər tərəfdən yaşlı valideyn nigarançılığı da olur ki, bu da beynin həddən artıq yüklənməsinə gətirib çıxarır. Həyatın hər küncündən problemlər qadının üstünə tökülüncə, başını itirməməyin ən sadə yolu vaxtında və bol və keyfiyyətli yuxudur.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimizin üzvü Səudiyyə Ərəbistanında OYNAYA BİLƏR

Millimizin üzvü Səudiyyə Ərəbistanında OYNAYA BİLƏR

Putinin iqamətgahı yanında qarğalara əlini yellədi, saxlanıldı

Putinin iqamətgahı yanında qarğalara əlini yellədi, saxlanıldı

Abşeronda taksidə dava düşdü, müştəri sürücünü bıçaqladı

Abşeronda taksidə dava düşdü, müştəri sürücünü bıçaqladı

Bakıda Sinaqoqa hücum hazırlayan şəxsin MƏHKƏMƏSİ: “İŞİD-də tanışının olduğunu dedi”

Bakıda Sinaqoqa hücum hazırlayan şəxsin MƏHKƏMƏSİ: “İŞİD-də tanışının olduğunu dedi”

SON DƏQİQƏ! Əhaliyə XƏBƏRDARLIQ edildi - 24 saat ərzində...

SON DƏQİQƏ! Əhaliyə XƏBƏRDARLIQ edildi - 24 saat ərzində...

Ötən ay suda boğulanların sayı açıqlandı

Ötən ay suda boğulanların sayı açıqlandı

“Qarabağ” braziliyalı hücumçu ilə RAZILIĞA GƏLDİ

“Qarabağ” braziliyalı hücumçu ilə RAZILIĞA GƏLDİ

Almaxanımın oğulları ilə görüntüsü gündəm oldu – VİDEO

Almaxanımın oğulları ilə görüntüsü gündəm oldu – VİDEO

Müəllimlik ixtisasını seçən oğlanlara 200 manat təqaüd – Bu addım problemi aradan QALDIRACAQ?

Müəllimlik ixtisasını seçən oğlanlara 200 manat təqaüd – Bu addım problemi aradan QALDIRACAQ?

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Məzun olduqdan sonra kim, harada işləyir və nə qədər maaş alır?

Məzun olduqdan sonra kim, harada işləyir və nə qədər maaş alır?

"Sevdiyim insan var" - Günay

"Sevdiyim insan var" - Günay

Bakıda və bəzi rayonlarda müşahidə olunan tozlu havanın SƏBƏBİ AÇIQLANDI

Bakıda və bəzi rayonlarda müşahidə olunan tozlu havanın SƏBƏBİ AÇIQLANDI

Bakıda bu binaların istilik sistemləri yoxlanışdan KEÇİRİLƏCƏK

Bakıda bu binaların istilik sistemləri yoxlanışdan KEÇİRİLƏCƏK

Prezident TƏSDİQLƏDİ – Tikinti prosedurları SADƏLƏŞDİRİLİR

Prezident TƏSDİQLƏDİ – Tikinti prosedurları SADƏLƏŞDİRİLİR

"Qırmızı Körpü” gömrük postunda 120 avtomobil gözləyir – RƏSMİ

"Qırmızı Körpü” gömrük postunda 120 avtomobil gözləyir – RƏSMİ

Bu qurumda qulluqda olmanın yaş həddi 65-ə qaldırıldı

Bu qurumda qulluqda olmanın yaş həddi 65-ə qaldırıldı

Qubada avtomobil çaya aşdı – Xəsarət alanlar var – VİDEO

Qubada avtomobil çaya aşdı – Xəsarət alanlar var – VİDEO

Prezidentdən Şahin Babayevlə bağlı FƏRMAN

Prezidentdən Şahin Babayevlə bağlı FƏRMAN

Anar Abdullayev barəsində həbs-qətimkan tədbiri seçildi

Anar Abdullayev barəsində həbs-qətimkan tədbiri seçildi

Evlənmək üçün ən uğurlu ay hansıdır? – Aybaay nikahın mənası və nəticələri

Evlənmək üçün ən uğurlu ay hansıdır? – Aybaay nikahın mənası və nəticələri

Azərbaycanda istidən beyninə qan sızan kişi dünyasını dəyişdi

Azərbaycanda istidən beyninə qan sızan kişi dünyasını dəyişdi

Ukraynadan Krımdakı Rusiya aerodromuna HÜCUM – 5 təyyarə VURULDU – VİDEO

Ukraynadan Krımdakı Rusiya aerodromuna HÜCUM – 5 təyyarə VURULDU – VİDEO

Polis bu ərazilərdə nəzarəti GÜCLƏNDİRDİ

Polis bu ərazilərdə nəzarəti GÜCLƏNDİRDİ

End of content

No more pages to load

RADİO