Qaxda yüksək gərginli elektrik xəttinin açarı yenilənəcək. Rayon ərazisində təmir işləri ilə əlaqədar bir sıra kəndlərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qax Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110/35/10 kV-luq Şıxlar yarımstansiyasında bu gün 10 kV-luq “Qorağan” hava xəttinin açarı yenisi ilə əvəz olunacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək rayonun Almalı, Cəlayir, Dəymədağlı, Əlibəyli, Qarabaldır, Qaradolaq, Qındırğa, Qorağan, Lələli, Lələpaşa, Şıxlar, Şotavar, Tasmalı, Üzümlü, Zəyəm kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu