Gözəllik istədilər, xəstəlik tapdılar – “Rəfiqə resepti”nin bəlasına düşənlər

Sosial şəbəkələrdə paylaşılan “arıqlama reseptləri” və ya “tez arıqlama üsulları” qızlar üçün çox ciddi təhlükələr yaradır. Həkim və ya dietoloq məsləhəti olmadan paylaşılan, daha çox həmyaşıd qızların “mən etdim, gözəl nəticə verdi” tövsiyəsinin fəsadları artıq həyəcan təbili çalmağa ehtiyac yaradıb. Gənc qızlar, xüsusən hələ orqanizmi inkişaf mərhələsində olan yeniyetmələr nəticəni tez görmək üçün bunlara kor-koranə əməl edirlər.

Həkim-terapevt Gülyanə Musayeva Bizim.Media-ya bildirib ki, bu yaşda orqanizm hələ formalaşmaqdadır.

Sərt pəhrizlər, dərmanlar və ya “detoks” adlanan içkilər vitamin-mineral çatışmazlığına, hormonal pozuntulara səbəb ola bilər:
 

MÖVZU İLƏ BAĞLI:

Arıqlamaq istəyənlər üçün HƏYƏCAN TƏBİLİ – Bu pəhriz ÖLDÜRÜR!


“Bu yaşda yeniyetmələr bədən quruluşundan daim narazı olur, mükəmməlliyə can atırlar. Hansısa rəfiqədən, tanıdıqlarından harda nə gördü qatıb-qarışdırıb qəbul edirlər. Nəticədə anoreksiya kimi ciddi yemək pozuntularına gətirib çıxarır. Bundan başqa, kalsium və protein çatışmazlığı nəticəsində sümük və əzələ zəifləməsi, hormonal sistemin, menstrual dövrün pozulması və müxtəlif qarışımların, çayların daxilə qəbulu zamanı mədə-bağırsaq pozuqluğu yaranır”.

Həkim xəbərdarlıq edir ki, bu yanaşmada valideyn və müəllimlərin, digər ailə böyüklərinin üzərinə böyük öhdəlik düşür. Uşaqlara nəzarət olunmalıdır ki, sosial şəbəkələrdə dietoloq və həkim olmayan şəxslərin məsləhətlərinə inanmasınlar:

Bu əlamətlər varsa, təcili həkim müdaxiləsi lazımdır
 

“Xüsusən qız övladınızın ət yeməklərindən uzaqlaşması, yumurta və kərə yağından iyrənməsi, ümumiyyətlə yeməkdən uzaq durması, menstruasiyasının dayanması və ya zəifləməsi, getdikcə daha çox çəki itirməsi, göz parıltısının itməsi və gözün çuxura düşməsi kimi əlamətlər görsəniz, biganə yanaşmayın. Laqeyd yanaşma övladınızın orqanizmini tamamilə çökdürə bilər və geri dönüşü olmaz”.


Mütəxəssis həmçinin diqqətə çatdırır ki, bu problemi təkcə həkim və müalicə yolu ilə həll etmək olmaz, belə hallarda peşəkar psixoloq dəstəyinə də ehtiyac var.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Novxanıda da işıq olmayacaq – XƏBƏRDARLIQ

Novxanıda da işıq olmayacaq – XƏBƏRDARLIQ

Qarabağ Universitetinin rektoru ilə bağlı YENİ QƏRAR

Qarabağ Universitetinin rektoru ilə bağlı YENİ QƏRAR

Aysun ilk dəfə qızının ÜZÜNÜ GÖSTƏRDİ - FOTO

Aysun ilk dəfə qızının ÜZÜNÜ GÖSTƏRDİ - FOTO

Deputatlığa keçmiş namizəd narkotik ittihamı ilə tutuldu

Deputatlığa keçmiş namizəd narkotik ittihamı ilə tutuldu

Azərbaycan millisinin ukraynalı idmançısı ana oldu

Azərbaycan millisinin ukraynalı idmançısı ana oldu

Zaur və Günay övladının ad gününü belə təbrik etdi - Video

Zaur və Günay övladının ad gününü belə təbrik etdi - Video

Elçin Əfəndiyevlə vida mərasimi KEÇİRİLİR – FOTO/VİDEO

Elçin Əfəndiyevlə vida mərasimi KEÇİRİLİR – FOTO/VİDEO

Ərdoğan Ukraynaya səfər EDƏCƏK

Ərdoğan Ukraynaya səfər EDƏCƏK

Ağcabədidə 25 minlik OĞURLUQ: Saxlanılan var – FOTO

Ağcabədidə 25 minlik OĞURLUQ: Saxlanılan var – FOTO

Prezident və birinci xanım Elçin Əfəndiyevin vida mərasiminə əklil GÖNDƏRDİ – FOTO

Prezident və birinci xanım Elçin Əfəndiyevin vida mərasiminə əklil GÖNDƏRDİ – FOTO

Ukrayna, Suriya, indi isə... – Azərbaycan qazının növbəti alıcısı bu ÖLKƏ OLACAQ

Ukrayna, Suriya, indi isə... – Azərbaycan qazının növbəti alıcısı bu ÖLKƏ OLACAQ

Rusiya donanmasına AĞIR ZƏRBƏ – Ukrayna kəşfiyyatı gizli məlumatları ƏLƏ KEÇİRDİ

Rusiya donanmasına AĞIR ZƏRBƏ – Ukrayna kəşfiyyatı gizli məlumatları ƏLƏ KEÇİRDİ

Afaqdan 12 yaşında vəfat edən oğlu ilə bağlı PAYLAŞIM - FOTO

Afaqdan 12 yaşında vəfat edən oğlu ilə bağlı PAYLAŞIM - FOTO

Sumqayıtda 6 aylıq uşaq infarktdan dünyasını dəyişdi

Sumqayıtda 6 aylıq uşaq infarktdan dünyasını dəyişdi

Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… – Vacib şərt

Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… – Vacib şərt

Fuad Ələkbərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Fuad Ələkbərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Millimizin üzvü qol vurdu, komandası QALİB GƏLDİ

Millimizin üzvü qol vurdu, komandası QALİB GƏLDİ

Duzlu su ilə üzü yuyanda nə olur?

Duzlu su ilə üzü yuyanda nə olur?

Bu ölkələrdən Azərbaycana dəvə gətirilməsinə MƏHDUDİYYƏT QOYULDU

Bu ölkələrdən Azərbaycana dəvə gətirilməsinə MƏHDUDİYYƏT QOYULDU

Qubada zibil poliqonunda YANĞIN - VİDEO

Qubada zibil poliqonunda YANĞIN - VİDEO

Daha 500 nəfər dövlət hesabına xaricdə təhsil ALACAQ – SİYAHI

Daha 500 nəfər dövlət hesabına xaricdə təhsil ALACAQ – SİYAHI

Rusiyadan ABŞ-a ÇAĞIRIŞ – Tramp xüsusi elçisini Moskvaya göndərir – VİDEO

Rusiyadan ABŞ-a ÇAĞIRIŞ – Tramp xüsusi elçisini Moskvaya göndərir – VİDEO

Bu ölkəyə rekord miqdarda qar yağdı - VİDEO

Bu ölkəyə rekord miqdarda qar yağdı - VİDEO

Çempionlar Liqasında “Qarabağ”ın potensial rəqibi BƏLLİ OLACAQ

Çempionlar Liqasında “Qarabağ”ın potensial rəqibi BƏLLİ OLACAQ

End of content

No more pages to load

RADİO