Tərtərdə dörd nəfər suda boğulub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Suqovuşan-Goranboy magistral suvarma kanalına sərinləmək üçün düşən dörd nəfər sakini axın aparıb.
Onlardan biri sudan çıxarılaraq Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılsa da, digər üç nəfərdən xəbər yoxdur.
Hadisə yerinə FHN əməkdaşları və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Bizim.Media