Sənədsiz evlər problemi həll olunur - Yeni fərman nə qədər insanı əhatə edəcək?

Sənədsiz evlərin qeydiyyatı və hüquqi statusunun müəyyənləşdirilməsi uzun illərdir aktual problemlərdən biri olaraq qalır. Bir çox ailələr əmlakları üzərində tam hüquqa malik deyillər. Bu isə satış, qeydiyyat, miras və digər hüquqi məsələlərdə ciddi çətinliklər yaradır.

Tez-tez müzakirəyə çıxarılan bu məsələ ilə bağlı ötən həftə açıqlanan məlumatlar sənədsiz ev problemi ilə üz-üzə qalan bir çox vətəndaşı həyəcanlandırıb.

 

Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova deyib ki, Azərbaycanda əmlak hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı imzalanan yeni fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq:



"Bu sənəd əslində amnistiya xarakteri daşıyır. Əvvəllər hüquq müəyyənedici sənəd hesab edilməyən bəzi arayış və sənədlərə bu status verilməklə, vətəndaşlara əmlaklarını rəsmiləşdirmək imkanı yaradılır".

Bizim.Media bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Amnistiya hansı evlərə şamil olunacaq?

Mətbuatda tez-tez təkcə paytaxt ərazisində 500 mindən çox sənədsiz evin olduğu yazılır.
 

Mütəxəssislər, dövlət rəsmiləri bu statistikanı təsdiqləyirlər. Maraqlıdır, əgər bu statistika düzgündürsə, amnistiya hansı evlərə şamil ediləcək?


Nigar Alimova bildirib ki, keçmiş kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin əmrləri ilə vətəndaşlara verilmiş torpaq sahələri hüquqi qeydiyyata alınacaq. Həmçinin texniki pasportu olan tikililərin qeydiyyatı da sadələşdirilir.
 

Yeni qaydalara əsasən, xüsusilə 2001-ci il yanvarın 1-dək texniki inventar idarələri tərəfindən tərtib olunmuş texniki pasport sənədləri olan vətəndaşlar torpaq sahələrinin ölçüsü göstərilibsə, həmin sənədlərlə müraciət edərək həm torpaq sahəsi, həm də tikili üzərində hüquqları əldə edə biləcəklər.


"Bu, amnistiya deyil"

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bu, amnistiya deyil:
 

"Əgər bu, sənədsiz tikililərin bütövlükdə sənədləşdirilməsi problemini həll etsəydi, o zaman amnistiya adlandırmaq olardı.Əslində bu, cənab Prezidentin 2015-ci ildə imzaladığı 439 saylı Fərmanın icrası istiqamətində qəbul edilmiş əlavə və dəyişikliklərdən biridir.


Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qəbul olunana qədər - yəni 2004-cü ildən əvvəl qüvvədə olan sənədlərin hüquqi qüvvəsi tanınır.
 

Həmin dövrdə fəaliyyət göstərən inventar bürolar (2001-ci ildə bağlanmışdı) və keçmiş icraiyyə komitələri, xalq deputatları sovetləri kimi qurumlar tərəfindən verilmiş torpaqayırma sənədləri, qərarlar artıq ilkin hüquq müəyyənedici sənəd kimi tanınacaq".


"Qeyd olunan 500 min rəqəmi də real deyil"

Əmlak eksperti "100 min evə sənəd veriləcək" fikri ilə də razı deyil: "Dəqiq statistika yoxdur.
 

Bu gün səsləndirilən rəqəmlər sadəcə təxminlərdir.Hətta bəzən qeyd olunan 500 min rəqəmi də real deyil. 2008-2009-cu illərdə deyilmişdi ki, ölkədə 400 minə qədər sənədsiz tikili var.


O vaxtdan bəri vəziyyət dəyişib. Təkcə Bakı və Abşeron ərazisində hər il 20-30 min arası yeni qeyri-qanuni tikili meydana çıxır".

"Vətəndaşın gözləntisi başqadır"

Həmsöhbətimiz sonda vurğulayıb ki, əgər hər hansı qərar nəticəsində ölkədə təkcə 100 min deyil, hətta 10 nəfər vətəndaşın əmlakının qeydiyyatı təmin olunursa, bu, təqdirəlayiq haldır:
 

"Lakin cəmiyyət uzun müddətdir ki, genişmiqyaslı əmlak amnistiyasını gözləyir. Aidiyyəti qurum ötən il bu məsələ ilə bağlı açıqlama vermişdi və vətəndaşlar da həmin istiqamətdə konkret addımlar atılmasını ümidlə gözləyirlər".


Hansı torpaqlara çıxarış verilməyəcək?
 

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, 2004-cü ilə qədər verilmiş torpaq sahələri var ki, onları verən müəssisələr artıq fəaliyyət göstərmirlər.

Belə torpaqlara sadələşdirilmiş qeydiyyat prosesi tətbiq olunacaq və tələb olunan sənədlər toplusu azaldılacaq:
 

"Vaxtilə kolxoz və sovxozlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələri fərdi yaşayış üçün ayrılıb və üzərində böyük yaşayış massivləri formalaşıb. Bu kənd təsərrüfatı təyinatlı torpaqların da təyinatı dəyişdiriləcək.


Burada kənd və rayonlarda yerləşən torpaq sahələri də nəzərdə tutulur. Gələcəkdə isə digər torpaq sahələrinin də bu prosesə daxil ediləcəyi gözlənilir".

Bəzi torpaqlara isə heç bir halda çıxarış verilməyəcək: "Söhbət qadağan olunmuş ərazilərdə tikilən evlərdən gedir.

Məsələn, üzərindən yüksəkgərginlikli elektrik naqilləri, kommunikasiya xətləri keçən, neft zonalarına düşən ərazilərə çıxarış verilmir".


"Qanunsuz tikililərin sökülmə prosesi intensivləşəcək"

Artıq qadağan olunan ərazilərdə tikilən evlərin söküntüsü də başlayıb. Həmsöhbətimiz bildirir ki, bu sökülmə prosesi bir az da intensivləşəcək:
 

"Bakı şəhərinin 2023-cü ilin dekabrında təsdiqlənmiş Baş planı var və 2040-cı ilə qədər şəhər həmin plana uyğun inkişaf edəcək. 2030-cu ilə qədər söküntülərin hamısı tam şəkildə başa çatmalıdır".


Vətəndaşlar hara müraciət etməlidirlər?
 

Vətəndaşın sənəd almaq üçün hara müraciət etməsinə gəldikdə isə, mütəxəssislər qeyd edirlər ki, ilk növbədə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 8-ci maddəsinə edilən son dəyişiklikləri əhatə edən sənədlərin siyahısı ilə tanış olmaq lazımdır.


Əgər bu siyahıda qeyd olunan sənədlərdən biri və ya bir neçəsi vətəndaşın əlində varsa, yaşadığı ərazi üzrə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə müraciət etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Reuters agentliyi Putinin əsl sirrinin üstünü açdı

Reuters agentliyi Putinin əsl sirrinin üstünü açdı

Tramp Putini ram etməyin yolunu tapdı

Tramp Putini ram etməyin yolunu tapdı

Budanov: “Fahişələr bizə unikal məlumatlar verirdilər”

Budanov: “Fahişələr bizə unikal məlumatlar verirdilər”

Tramp Zelenski ilə Rusiyaya qarşı sanksiyaları müzakirə etdi

Tramp Zelenski ilə Rusiyaya qarşı sanksiyaları müzakirə etdi

Pezeşkian Əli Laricanini YÜKSƏK VƏZİFƏYƏ təyin etdi

Pezeşkian Əli Laricanini YÜKSƏK VƏZİFƏYƏ təyin etdi

DİN və FHN əhaliyə çağırış etdi - VİDEO

DİN və FHN əhaliyə çağırış etdi - VİDEO

Rusiya Qarabağdan könüllü çıxan ermənilərin sənədlərini toplayır – Kreml nə planlaşdırır?

Rusiya Qarabağdan könüllü çıxan ermənilərin sənədlərini toplayır – Kreml nə planlaşdırır?

Tramp: "NATO liderləri mənim istədiyim hər şey edir"

Tramp: "NATO liderləri mənim istədiyim hər şey edir"

Ermənistanda inflyasiya sürətlənib

Ermənistanda inflyasiya sürətlənib

Bişkekdə 5,1 bal gücündə zəlzələ oldu

Bişkekdə 5,1 bal gücündə zəlzələ oldu

“F1” filmi dünya üzrə 546 milyon dolları keçdi – Bred Pittin karyerasında rekord

“F1” filmi dünya üzrə 546 milyon dolları keçdi – Bred Pittin karyerasında rekord

Ərdoğan Baş Qərargah rəisini dəyişdi

Ərdoğan Baş Qərargah rəisini dəyişdi

Qətl törədən əlil şəxsin hökmü dəyişdirilmədi

Qətl törədən əlil şəxsin hökmü dəyişdirilmədi

Ərdoğan Zakir Həsənovun müşavirinə “ordu generalı” rütbəsi verdi

Ərdoğan Zakir Həsənovun müşavirinə “ordu generalı” rütbəsi verdi

Fişəng festivalında iki gəmi alışdı - ANBAAN VİDEO

Fişəng festivalında iki gəmi alışdı - ANBAAN VİDEO

Möminə xatun türbəsi bərpa edilir - FOTO

Möminə xatun türbəsi bərpa edilir - FOTO

Elşəndən eşq yaşadığı iddia edilən aktrisayla bağlı PAYLAŞIM - VİDEO

Elşəndən eşq yaşadığı iddia edilən aktrisayla bağlı PAYLAŞIM - VİDEO

Avqustun 7-də qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Avqustun 7-də qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

2025-ci ili böyük şansla tamamlayacaq 2 BÜRC - Vanqa və ulduzlar sizə bəxtəvərlik vəd edir

2025-ci ili böyük şansla tamamlayacaq 2 BÜRC - Vanqa və ulduzlar sizə bəxtəvərlik vəd edir

MİQ üzrə vakansiya seçiminin nəticələri AÇIQLANDI

MİQ üzrə vakansiya seçiminin nəticələri AÇIQLANDI

Azərbaycanlı boksçuya haqsızlıq edən hakimə ömürlük cəza veriləcək – VİDEO

Azərbaycanlı boksçuya haqsızlıq edən hakimə ömürlük cəza veriləcək – VİDEO

SON DƏQİQƏ! Çində dəhşətli virus YAYILIR – Minlərlə insan YOLUXDU

SON DƏQİQƏ! Çində dəhşətli virus YAYILIR – Minlərlə insan YOLUXDU

Əli Əsədov Türkmənistan Prezidentinin QƏBULUNDA

Əli Əsədov Türkmənistan Prezidentinin QƏBULUNDA

Sumqayıtda itkin düşən yeniyetmə qız TAPILDI

Sumqayıtda itkin düşən yeniyetmə qız TAPILDI

End of content

No more pages to load

RADİO