Xaçmaz rayonunda güclü külək əsir.
Bizim.Media xəbər verir ki, səhər saat 11.00 radələrindən başlayan əsən külək artıq fəsadlar törədib.
Gəndab-Yalama yolunun Xaçmazın Çinartala kəndindən keçən hissəsində irigövdəli ağacın budaqları qırılaraq yolun kənarına düşüb.
Rayonun əksər kəndlərinə elektrik enerjisinin verilməsi dayanıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu