Biləsuvarda baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Bizim.Media Hadisə rayonun Ağalıkənd kəndi ərazisində, axşam saatlarında baş verib.
Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili 2004-cü il təvəllüdlü Aysun Abbaslını vurub. Gənc qız aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu