Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun alimləri Astraxan qoruğu ilə birgə Xəzər dənizinin şimal hissəsində və İtil çayının deltası ərazisində ekspedisiya keçiriblər.
Bizim.Media xəbər verir ki, məqsəd Xəzərin dayazlaşma səbəblərini araşdırmaq olub.
Ekspedisiya zamanı İtil deltası, Gandurin kanalı boyunca və Xəzər dənizində sahildən 50 km-ə qədər məsafədə su nümunələri götürülüb. İlk dəfə olaraq 2021-ci ildən bəri Malıj Jemçujnıy adası yaxınlığında duzlu və şirin suların qarışdığı zona qeydə alınıb — bu zona çox zəif yaz axını səbəbindən yaranıb.
Sentinel-2 peyk məlumatları qarışma zonalarını dəqiq müəyyən etməyə imkan verib. Əldə olunan nəticələr alimlərə Xəzərin dayazlaşmasını ləngitmək üçün metodikalar hazırlamağa və dənizin şimal hissəsində mühafizə olunan dəniz ərazilərinin yaradılmasını əsaslandırmağa imkan verəcək.
Bizim.Media