Astarada bədbəxt hadisə nəticəsində ölüm faktı qeydə alınıb.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Astara rayonunun Hamuşam kəndi ərazisində baş verib.
Belə ki, tur rəhbəri olan Lerik rayonunun Günəşli kənd sakini 29 yaşlı Rufiz Zamanov dağlıq ərazidə yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun dayısının sözlərinə görə, R. Zamanov epilepsiya xəstəsi olub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media