İsti havalarda alkoqollu içkilərin hansı ZƏRƏRLƏRİ VAR

İsti havalarda hansı alkoqollu içkilərə üstünlük vermək və hansılardan uzaq durmaq lazımdır?

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin V. P. Serbski adına Milli Psixiatriya və Narkologiya Tədqiqat Mərkəzinin — Milli Narkologiya Elmi Mərkəzinin direktoru Tatyana Klimenko aif.ru-ya açıqlamasında məlumat verib.

O bildirib ki, bəzi alkoqollu içkilər xüsusilə isti havalarda daha təhlükəlidir. Ətraf mühitin temperaturunun yüksəldiyi şəraitdə orqanizmə düşən yük artır və belə havalarda alkoqol qəbul etmək kəskin və ya xroniki xəstəliklərin inkişafına və ya kəskinləşməsinə səbəb ola bilər.

Hər cür alkoqollu içki (istər zəif, istərsə də güclü) insanın həm fiziki, həm də əqli qabiliyyətlərini zəiflədir. Bu isə insanın psixi və fiziki vəziyyətini düzgün dəyərləndirməsinə mane olur və nəticədə kəskin vəziyyətlərin yaranma və mövcud xəstəliklərin ağırlaşma ehtimalını artırır.

İsti havada alkoqol qəbul etməyin əsas təhlükəsi bədəndə maye itkisi – susuzluqdur. Orqanizm bədən temperaturunu sabit saxlamaq üçün tər ifrazını artırır, dərialtı damarlar genişlənir.

Alkoqol da damarların genişlənməsinə səbəb olduğundan susuzluq daha da sürətlənir. Bu vəziyyətdə istivurma (günvurma) riski artır. Orqanizmdə kifayət qədər maye olmadığından bədən özünü sərinlədə bilmir – tər ifrazı azalır, termorequlyasiya pozulur və bədən temperaturu təhlükəli dərəcədə yüksəlir.
 

İstivurma zamanı temperatur artımı ilə yanaşı, baş ağrısı, başgicəllənmə, orientasiyanın itməsi, huşsuzluq, hallüsinasiyalar, qıcolmalar və həyati təhlükə yaradan digər simptomlar meydana çıxa bilər. Damarların həm istilik tənzimləməsi, həm də alkoqolun təsiri ilə genişlənməsi qan təzyiqinin düşmə ehtimalını artırır ki, bu da ürək-damar sisteminə əlavə yük yaradır.



Bundan əlavə, alkoqol riskli davranışlara, öz imkanlarının düzgün qiymətləndirilməməsinə, qərar qəbul etmə qabiliyyətinin zəifləməsinə, hərəkət koordinasiyasının pozulmasına və reaksiyanın gecikməsinə səbəb olur. Alkoqol təsiri altında insanlar günəş altında nə qədər vaxt keçirdiklərinin fərqində olmurlar və nəticədə günəş yanıqları ala bilərlər. İstidə su kənarında dincələnlər və ya aktiv idman növləri ilə məşğul olanlar üçün bu, qəza və travmaların riskini xeyli artırır. Uşaqlar isə valideynlərin məsuliyyətsizliyi səbəbindən zərər çəkə bilərlər.

Bu risklər yalnız güclü alkoqollu içkilərlə məhdudlaşmır. İsti havalarda zəif alkoqollu içkilər (məsələn, pivə və kokteyllər), xüsusilə qazlı olanlar da az təhlükəli deyil.

Nəticə etibarilə unutmayın ki, alkoqol və isti hava bir-birinə uyğun deyil!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yüksək təzyiqin ƏN TƏHLÜKƏLİ əlamətləri

Yüksək təzyiqin ƏN TƏHLÜKƏLİ əlamətləri

“Neftçi”nin yeni transferi komandaya QOŞULACAQ

“Neftçi”nin yeni transferi komandaya QOŞULACAQ

Pul onlara doğru gəlir - Qarşıdakı 3 ayda karyera zirvəsi yaşayacaq 4 BÜRC

Pul onlara doğru gəlir - Qarşıdakı 3 ayda karyera zirvəsi yaşayacaq 4 BÜRC

Astarada yük maşınından yıxılan şəxs öldü

Astarada yük maşınından yıxılan şəxs öldü

Rusiyanın hücumlarından sonra Xerson sakinlərinə təxliyə olunmaları tövsiyə olundu - VİDEO

Rusiyanın hücumlarından sonra Xerson sakinlərinə təxliyə olunmaları tövsiyə olundu - VİDEO

“Qəbələ” “İmişli”yə QALİB GƏLDİ

“Qəbələ” “İmişli”yə QALİB GƏLDİ

Rusiya KİV-dən İDDİA: Şahin Şıxlinski hüquq-mühafizə orqanlarına könüllü təslim olub

Rusiya KİV-dən İDDİA: Şahin Şıxlinski hüquq-mühafizə orqanlarına könüllü təslim olub

“Qalatasaray” İtaliya klubunun təklifini RƏDD ETDİ

“Qalatasaray” İtaliya klubunun təklifini RƏDD ETDİ

İsrail və ABŞ HƏMAS-a ultimatum HAZIRLAYIR: Tammiqyaslı hərbi əməliyyat mümkündür

İsrail və ABŞ HƏMAS-a ultimatum HAZIRLAYIR: Tammiqyaslı hərbi əməliyyat mümkündür

Pirşağı çimərliyində dənizdə bir nəfər BATDI

Pirşağı çimərliyində dənizdə bir nəfər BATDI

Xərçəng hüceyrələrini tək-tək məhv edən MEYVƏ - Orqanizmi yeniləyir

Xərçəng hüceyrələrini tək-tək məhv edən MEYVƏ - Orqanizmi yeniləyir

Dənizə getmək istəyənlərin NƏZƏRİNƏ

Dənizə getmək istəyənlərin NƏZƏRİNƏ

“Neftçi”nin legioneri “Şamaxı”ya KEÇİR?

“Neftçi”nin legioneri “Şamaxı”ya KEÇİR?

Biləsuvarda avtomobil piyadanı vuraraq öldürdü

Biləsuvarda avtomobil piyadanı vuraraq öldürdü

İtil çayının deltası yaxınlığında Xəzərin dayazlaşmasının səbəbi BİLİNDİ

İtil çayının deltası yaxınlığında Xəzərin dayazlaşmasının səbəbi BİLİNDİ

29 yaşlı tur bələdçisi dağlıq ərazidə yıxılaraq ÖLDÜ - FOTO

29 yaşlı tur bələdçisi dağlıq ərazidə yıxılaraq ÖLDÜ - FOTO

“Kəpəz” sabiq legionerini GERİ QAYTARDI

“Kəpəz” sabiq legionerini GERİ QAYTARDI

Tramp Dünya Çempionatı zamanı braziliyalılara viza verilməsini qadağan edə bilər - İDDİA

Tramp Dünya Çempionatı zamanı braziliyalılara viza verilməsini qadağan edə bilər - İDDİA

Kredit kartlarına limit qoyulur - Yeni mexanizm nəyi dəyişəcək? - VİDEO

Kredit kartlarına limit qoyulur - Yeni mexanizm nəyi dəyişəcək? - VİDEO

Şirvanda bir nəfər Kürdə BOĞULDU

Şirvanda bir nəfər Kürdə BOĞULDU

“Levski” klubunun rəsmisi: “Sabah”ı düzgün qiymətləndirməsək, problemlərimiz olacaq”

“Levski” klubunun rəsmisi: “Sabah”ı düzgün qiymətləndirməsək, problemlərimiz olacaq”

İranda Müdafiə Strategiyası Şurası YARADILIR

İranda Müdafiə Strategiyası Şurası YARADILIR

Məşhur restoranda parkinq biabırçılığı: Müştəridən 40 manat ödəniş alınıb - FOTO

Məşhur restoranda parkinq biabırçılığı: Müştəridən 40 manat ödəniş alınıb - FOTO

"Bavariya" yoxlama oyununda "Lion"u MƏĞLUB ETDİ

"Bavariya" yoxlama oyununda "Lion"u MƏĞLUB ETDİ

End of content

No more pages to load

RADİO