Lənkəran şəhər sakini, 27 yaşlı Həsən Mənsubov Serbiyada faciəvi şəkildə həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, o, işləmək məqsədilə Serbiyaya səfər edib və orada çoxmərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılıb.
Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən Həsən dörd gün komada qaldıqdan sonra həyatını itirib. Onun nəşinin bu gün Lənkərana gətirilərək dəfn ediləcəyi bildirilir.
Qeyd edək ki, mərhum idmanın bodibildinq növü ilə məşğul idi.
Sabutay, Bizim.Media, Cənub bürosu.