Naxçıvan şəhərində uzun müddətdir davam edən işıqlandırma problemi aradan qaldırılır.
MÖVZU İLƏ BAĞLI
Naxçıvanın küçələri niyə zülmətə BÜRÜNÜB? – İcra hakimiyyətindən AÇIQLAMA
Bizim.Media-nın bir müddət öncə gündəmə gətirdiyi məsələyə artıq rəsmi reaksiya verilib.
Belə ki, Naxçıvan şəhərinin bir sıra küçə və döngələrində gecə saatlarında işıqlandırmanın olmaması yerli sakinlərin haqlı narazılığına səbəb olmuşdu.
Xüsusilə H.Əliyev prospekti, İstiqlal, Nizami Gəncəvi və Əziz Əliyev küçələrinin qaranlıqda qalması əhalinin gündəlik həyatına mənfi təsir göstərirdi.
Əldə etdiyimiz məlumata görə, artıq problemin aradan qaldırılması istiqamətində praktik addımlar atılıb. İlk mərhələdə Naxçıvan şəhərinin İstiqlal və İslam Səfərli küçələrində yeni işıq dirəklərinin quraşdırılmasına başlanılıb.
Bu tədbirin yaxın zamanda digər küçələri də əhatə edəcəyi gözlənilir.
Bizim.Media-nın işıqlandırdığı problemin operativ şəkildə həllinə başlanılması sakinlər tərəfindən müsbət qarşılanıb.
Aygün Hüseyn, Bizim.Media