Adı bir neçə dəfə dəyişdirilən UNİVERSİTETLƏR – ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru müsahibəsi zamanı bildirib ki, universitetin hazırkı rəsmi adını saxlanılmaqla, universitetin gələcəkdə “AZİ Universiteti” adı ilə tanınmasını planlaşdırılır. Buna səbəb isə, ali təhsil mərkəzlərinin ad və rebrendinqi onun ölkə və beynəlxalq aləmdə tanınmasına və qəbul edilməsində mühüm rol oynamasıdır.

Bizim.Media xəbər verir ki, Modern.az müstəqillik dövründə adı dəyişdirilən universitetləri araşdırıb.

Bakı Dövlət Universiteti

1991-ci ildə Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adı verilib. 2001-ci ildən isə hazırkı - Bakı Dövlət Universiteti adı ilə təsdiqlənir və bu ad altında universitetin fəaliyyəti davam edir.
 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Hazırda ADNSU kimi tanıdığımız Neft və Sənaye Universiteti 2015-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyası adı ilə fəaliyyət göstərib. Prezidentinin 2015-ci ildə imzaladığı sərəncamına əsasən isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.

Yaxın gələcəkdə “AZİ Universiteti” rebrendinq edəcək.

Azərbaycan Dövlət Pedoqoji Universiteti

Müstəqil Azərbaycan yarandıqdan sonra 9 il müddətinə bu universitet Nəsrəddin Tusi adını daşıyıb. 2000-ci ildən indiyədək isəAzərbaycan Dövlət Pedaqoji Universiteti adı ilə fəaliyyət göstərir.

Azərbaycan Aqrar Universiteti

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1991-ci ilin iyun ayından Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Nazirlər Kabinetinin 2009-cu il 4 aprel tarixli 53 nömrəli qərarı ilə Azərbaycan Dövlət Aqrar Universiteti adlanır.

Azərbaycan Dövlət İqtisad Universiteti

1991-ci ildən 2000-ci ilə qədər bu universitet Azərbaycan Dövlət İqtisad İnstitutu kimi fəaliyyətə göstərib.
 

Prezidentinin 2000-ci ildə imzaladığı fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutunun, Bakı Əmtəəşünaslıq və Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universiteti yaradıldı.


Universitet rəhbərliyi 2015-ci ildə rebrendinq etmiş və "UNEC" (UNiversity of EConomics) abbreviaturasını brend kimi patentləşdirib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

1999-cu ilə dək idman sahəsində ixtisaslaşan bu akademiya Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu adı altında çıxış edib. 1999-cu ildən bu günə dək isə indiki adı - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası kimi fəaliyyət göstərir.

Gəncə Dövlət Universitet

1943-cü ildə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu kimi fəaliyyət göstərən universitetin adı 2000-ci ildə dəyişdirilərək Gəncə Dövlət Universiteti olub.


Bakı Slavyan Universiteti

13 iyun 2000-ci ilə dək M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu adlandırılır, 2000-ci ildə isə Prezidentin fərmanı ilə bazası genişləndirilməklə Bakı Slavyan Universiteti adı altında fəaliyyətə başlayır.

Sumqayıt Dövlət Universiteti

1975–1992-ci illərdə isə Ali Texniki Təhsil Məktəbi adı altında fəaliyyət göstərən bu region universiteti 1992-ci ildən Azərbaycan Sənaye İnstitutu adlandırılıb.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci ildə imzaladığı fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dovlət Universiteti yaradılıb.

Azərbaycan Dillər Universiteti

Müstəqilliyin ilk illərində Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu adı ilə tanınan universitet 2000-ci ildən Azərbaycan Dillər Universiteti kimi fəaliyyətə başlayır.

Azərbaycan Memarlıq və İnşaat Universiteti

1992-ci ildən Azərbaycan İnşaat Mühəndisləri Universiteti adı ilə fəaliyyət göstərir. 2000-ci ildən isə Prezidentin fərmanı ilə bu ali təhsil mərkəzi Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılıb.

Milli Aviasiya Akademiyası

1992-ci ildə Milli Aviasiya Mərkəzi adı ilə yaranan ali məktəb 1994-cü ildən Milli Aviasiya Akademiyası adlandırılıb.

Dövlət İdarəçilik Universiteti

Mərkəzi Sovet Partiya Məktəbi kimi fəaliyyətə başlayan, indiki DİA 1992- 1999 illərdə Bakı Dövlət Sosial İdarəetmə və Politologiya İnstitutu adı altında fəaliyyət göstərir, 1999-cu ildə isə hazırkı adını - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - alır.

Turizm və Mencment Universiteti
 

2005-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan bu universitet ilk illərdə Azərbaycan Turizm İnstitutunun adı altında fəaliyyətə göstərir. 2014-cü il ildən isə Prezidentin fərmanı ilə Azərbaycan Turizm və Menecment Universiteti adlanır.


Göründüyü kimi, son 30 ildə bir çox universitetin adı dəyişib, hətta bəziləri bir neçə dəfə bu prosesdən keçib. Rəsmi izahlar dəyişikliklərin struktur təkmilləşməsinə, tədris sahələrinin genişlənməsinə və müasir standartlara uyğunlaşmağa yönəldiyini göstərsə də, problem burada bitmir.
 

Əsl məsələ ondadır ki, universitet adlarının tez-tez dəyişdirilməsi təhsil ocaqlarının kimliyini və akademik brendini zədələyir. Çünki universitetin adı onun elmi ənənəsinin, tarixi irsinin və ictimai nüfuzunun ifadəsidir.


Dünyanın ən nüfuzlu universitetləri - Oksford, Harvard, Sorbonna, Tokyo Universiteti və digərləri - onilliklər, bəziləri isə əsrlər boyu eyni adla fəaliyyət göstərirlər. Bu sabitlik həmin universitetlərin adını qlobal brendə çevirib.

Məzunlar on illər sonra belə, diplomlarını tanıdanda heç bir izahata ehtiyac duymurlar. Universitetin adı simvol, etimad və güvən formasına çevrilir.
 

Azərbaycanda isə bu sabitlik yoxdur. Universitetlər struktur baxımından ciddi dəyişiklik keçirmədən adlarını dəyişir. Bu isə cəmiyyətdə və akademik dairələrdə formanın dəyişdiyini, amma məzmun eyni qaldığı təsəvvürün yaradır.


Ad dəyişikliyi ilə universitetin yeni titul qazandığını düşünsək də, əksinə, onun əvvəlki mərhələlərinin elmi və sosial yaddaşı zəifləyir. Məzunların diplomları yeni nəsil tərəfindən birmənalı qarşılanmır, akademik nəşrlərdə ad qarışıqlığı yaranır, beynəlxalq tərəfdaşlıqlarda isə qeyri-sabit imic formalaşır.


Hər dəfə ad dəyişikliyi həm də universitetin brend gücünü sıfırdan yenidən qurmaq deməkdir.

Bu isə resurs, zaman və güvən itkisi yaradır.

Beynəlxalq təcrübədə universitet adları yalnız ciddi struktur birləşməsi, beynəlmiləlləşmə və ya akademik tədqiqat istiqamətinin radikal şəkildə dəyişməsi zamanı dəyişdirilir. Üstəlik, bu proses ictimai müzakirələr, akademik şura qərarları və rəsmi razılaşmalarla həyata keçirilir.

Dünyada ali təhsil mərkəzlərinin ad dəyişiklikləri simvolik deyil, konseptual dəyişikliyin göstəricisi hesab olunur.

Universitetin adı onun keçmişini, bu gününü və gələcəyini ifadə edən ən güclü simvollardan biridir. Bu adı dəyişmək məsuliyyət tələb edir. Əgər akademik məzmun, idarəetmə modeli və strateji baxış dəyişməyibsə, sadəcə adın dəyişməsi elmi inkişaf yox, formal yanaşma təsiri bağışlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs SAXLANILDI

Azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs SAXLANILDI

Lənkəranlı gənc Serbiyada faciəvi şəkildə həyatını itirdi

Lənkəranlı gənc Serbiyada faciəvi şəkildə həyatını itirdi

"Bavariya"nın bu futbolçusu gözündən ZƏDƏ ALDI

"Bavariya"nın bu futbolçusu gözündən ZƏDƏ ALDI

Britaniya XİN rəhbəri: “SEPAH-ı əvəz edəcək rejim daha pis ola bilər”

Britaniya XİN rəhbəri: “SEPAH-ı əvəz edəcək rejim daha pis ola bilər”

5 aydır verilən qərar İCRA OLUNMUR - “BBC News Azərbaycanca”nın qanunsuz fəaliyyəti ilə bağlı SENSASİON FAKTLAR

5 aydır verilən qərar İCRA OLUNMUR - “BBC News Azərbaycanca”nın qanunsuz fəaliyyəti ilə bağlı SENSASİON FAKTLAR

Azərbaycanda deputat xadiməni MƏHKƏMƏYƏ VERDİ

Azərbaycanda deputat xadiməni MƏHKƏMƏYƏ VERDİ

Haaland: "Heç vaxt dünya çempionu ola bilməyəcəyik"

Haaland: "Heç vaxt dünya çempionu ola bilməyəcəyik"

Qəzzada girovların azad olunması məsələsi NƏZƏRDƏN KEÇİRİLİR

Qəzzada girovların azad olunması məsələsi NƏZƏRDƏN KEÇİRİLİR

Avqust bu bürclərə sərvət və uğur GƏTİRƏCƏK: Siyahıda kimlər var?

Avqust bu bürclərə sərvət və uğur GƏTİRƏCƏK: Siyahıda kimlər var?

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşüb - FOTO

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşüb - FOTO

Bizim.Media YAZDI – Naxçıvanda qaranlığa qərq olan küçələr İŞIQLANDIRILDI - FOTO

Bizim.Media YAZDI – Naxçıvanda qaranlığa qərq olan küçələr İŞIQLANDIRILDI - FOTO

Pərvin görün necə RƏQS etdi - VİDEO

Pərvin görün necə RƏQS etdi - VİDEO

Təkəri partlayan yük maşını aşdı, sürücü yaralandı

Təkəri partlayan yük maşını aşdı, sürücü yaralandı

“Karvan”da niderlandlı legioner

“Karvan”da niderlandlı legioner

Eminin anasının İçərişəhər gəzintisi - FOTO

Eminin anasının İçərişəhər gəzintisi - FOTO

Həkim 9 günlük körpəni satın aldı –Cinayət işi AÇILDI

Həkim 9 günlük körpəni satın aldı –Cinayət işi AÇILDI

"Azərbaycanla birgə layihələrimiz olacaq" - Suriyalı nazir

"Azərbaycanla birgə layihələrimiz olacaq" - Suriyalı nazir

“Qarabağ” İsrail klubunun legioneri ilə danışıq aparır

“Qarabağ” İsrail klubunun legioneri ilə danışıq aparır

31 il sonra MÖCÜZƏ – Dünyanın “ən yaşlı körpəsi” doğuldu

31 il sonra MÖCÜZƏ – Dünyanın “ən yaşlı körpəsi” doğuldu

Fatma Mahmudova: “Afaq Bəşirqızı səhnədə olmasa, mən də yoxam”

Fatma Mahmudova: “Afaq Bəşirqızı səhnədə olmasa, mən də yoxam”

Arıqlamaq üçün "uksus" içdi –Həyatını itirdi

Arıqlamaq üçün "uksus" içdi –Həyatını itirdi

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir

Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!

Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

End of content

No more pages to load

RADİO