Şəkinin Kiş kəndindən olan aprel döyüşləri şəhidi Orxan Hümmətovun atası vəfat edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 63 yaşlı şəhid atası Kazım Hümmətov uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi. O, dünən vəfat edib.
Kazım Hümmətov bu gün Kiş kənd qəbrstanlığında dəfn olunub.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu