Suriyaya qaz nəqli başladı - Tarixi ANLAR- FOTO / VİDEO

Bu gün Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə-Suriya təbii qaz boru kəmərinin rəsmi açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həmad Həssan Əl-Sulaiti (Fahad Hamad Hassan Al- Sulaiti) və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak ediblər.
 

Nazirlərin çıxışlarından sonra rəsmi şəxslərin iştirakı ilə səhnədə simvolik olaraq quraşdırılmış boru kəmərinin klapanı çevrilib və bununla da Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına rəsmi olaraq start verilib.



Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında bu yaxınlarda imzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır.
 

Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.


Yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın enerji infrastrukturunun bərpası baxımından mühüm addım hesab olunur.
 

Belə ki, Azərbaycandan gələn təbii qazın Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına, eyni zamanda Türkiyənin regional enerji mərkəzinə çevrilməsi hədəfinə də ciddi töhfə verməyi məqsəd qoyur.


Xatırladaq ki, cari il iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lənkəranlı gənc Serbiyada faciəvi şəkildə həyatını itirdi

Lənkəranlı gənc Serbiyada faciəvi şəkildə həyatını itirdi

"Bavariya"nın bu futbolçusu gözündən ZƏDƏ ALDI

"Bavariya"nın bu futbolçusu gözündən ZƏDƏ ALDI

Britaniya XİN rəhbəri: “SEPAH-ı əvəz edəcək rejim daha pis ola bilər”

Britaniya XİN rəhbəri: “SEPAH-ı əvəz edəcək rejim daha pis ola bilər”

5 aydır verilən qərar İCRA OLUNMUR - “BBC News Azərbaycanca”nın qanunsuz fəaliyyəti ilə bağlı SENSASİON FAKTLAR

5 aydır verilən qərar İCRA OLUNMUR - “BBC News Azərbaycanca”nın qanunsuz fəaliyyəti ilə bağlı SENSASİON FAKTLAR

Azərbaycanda deputat xadiməni MƏHKƏMƏYƏ VERDİ

Azərbaycanda deputat xadiməni MƏHKƏMƏYƏ VERDİ

Haaland: "Heç vaxt dünya çempionu ola bilməyəcəyik"

Haaland: "Heç vaxt dünya çempionu ola bilməyəcəyik"

Qəzzada girovların azad olunması məsələsi NƏZƏRDƏN KEÇİRİLİR

Qəzzada girovların azad olunması məsələsi NƏZƏRDƏN KEÇİRİLİR

Avqust bu bürclərə sərvət və uğur GƏTİRƏCƏK: Siyahıda kimlər var?

Avqust bu bürclərə sərvət və uğur GƏTİRƏCƏK: Siyahıda kimlər var?

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşüb - FOTO

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşüb - FOTO

Bizim.Media YAZDI – Naxçıvanda qaranlığa qərq olan küçələr İŞIQLANDIRILDI - FOTO

Bizim.Media YAZDI – Naxçıvanda qaranlığa qərq olan küçələr İŞIQLANDIRILDI - FOTO

Pərvin görün necə RƏQS etdi - VİDEO

Pərvin görün necə RƏQS etdi - VİDEO

Təkəri partlayan yük maşını aşdı, sürücü yaralandı

Təkəri partlayan yük maşını aşdı, sürücü yaralandı

“Karvan”da niderlandlı legioner

“Karvan”da niderlandlı legioner

Eminin anasının İçərişəhər gəzintisi - FOTO

Eminin anasının İçərişəhər gəzintisi - FOTO

Həkim 9 günlük körpəni satın aldı –Cinayət işi AÇILDI

Həkim 9 günlük körpəni satın aldı –Cinayət işi AÇILDI

"Azərbaycanla birgə layihələrimiz olacaq" - Suriyalı nazir

"Azərbaycanla birgə layihələrimiz olacaq" - Suriyalı nazir

“Qarabağ” İsrail klubunun legioneri ilə danışıq aparır

“Qarabağ” İsrail klubunun legioneri ilə danışıq aparır

31 il sonra MÖCÜZƏ – Dünyanın “ən yaşlı körpəsi” doğuldu

31 il sonra MÖCÜZƏ – Dünyanın “ən yaşlı körpəsi” doğuldu

Fatma Mahmudova: “Afaq Bəşirqızı səhnədə olmasa, mən də yoxam”

Fatma Mahmudova: “Afaq Bəşirqızı səhnədə olmasa, mən də yoxam”

Arıqlamaq üçün "uksus" içdi –Həyatını itirdi

Arıqlamaq üçün "uksus" içdi –Həyatını itirdi

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir

Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!

Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Tolik: “Başa düşdüm ki, bu məsələ Arif müəllimi narahat edir”

Tolik: “Başa düşdüm ki, bu məsələ Arif müəllimi narahat edir”

End of content

No more pages to load

RADİO