Xəbər verdiyimiz kimi BQXK-nın Azərbaycan Nümayəndəliyinin rəhbərinin ölkədə diplomatik fəaliyyəti başa çatıb.
Bizim.Media xəbər verir ki, Nümayəndəliyin fəaliyyəti cari ilin sentyabr ayının əvvəli dayandırılacaq. Bu barədə qurumun Azərbaycan Nümayəndəliyinin ölkədə diplomatik missiyasının rəhbəri Draqana Koyiç avqustun 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qəbulunda olarkən bildirib.
Görüşdə qarşı tərəf Azərbaycan Hökuməti tərəfindən təşkilatın fəaliyyətinə göstərilən dəstəyə və əməkdaşlığa görə məmnunluğunu ifadə edib. Nümayəndəliyin fəaliyyətini cari ilin sentyabr ayının əvvəli dayandırmasından sonra da BQXQ ilə Cenevrədə yerləşən baş qərargah vasitəsilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Bizim.Media