Sabunçu rayonunda nəqliyyat vasitəsini qəsdən yandıran şəxslər saxlanılıblar.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, iyulun 27-də Sabunçu rayonu ərazisində paytaxt sakininə məxsus VAZ-2109 markalı avtomobilin yanması barədə polisə məlumat daxil olub.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobilin qəsdən yandırılması müəyyən olunub. Həmin əməli törətməkdə şübhəli bilinən Məmməd Cabarov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Xəmmədov saxlanılıblar.
Onlar ifadələrində nəqliyyat vasitəsini qaçırmaq istədiklərini, lakin niyyətlərinin baş tutmadığını görüb, avtomobili qəsdən yandırdıqlarını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media