“12 yaşına kimi uşaqlara əlavə dil öyrətmək cinayətdir. Elmi baxımdan da sübut edilib ki, bu yaş dövründə uşaq ana dilini tam mənimsəməli, onun leksik və qrammatik strukturunu dərk etməlidir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri “Oxu.az”a açıqlamasında dilçi alim, Filologiya elmləri doktoru Fəxrəddin Veysəlli deyib.
“Ana dili şüurda möhkəmlənmədikcə ikinci bir dilin öyrədilməsi həm düşüncə tərzini, həm də ifadə qabiliyyətini zəiflədir.
Bu yaşda uşaq iki və ya daha çox dili paralel öyrəndikdə dil qarışıqlığı baş verir. Bu da öz növbəsində nə yazı, nə nitq bacarıqlarında, nə də məntiqi düşünmədə sabitlik yaradır. Ana dili üzərində möhkəm dayanmayan bir insanın digər dilləri sağlam şəkildə öyrənməsi də çətinləşir.
Odur ki, ilkin mərhələdə yalnız Azərbaycan dilinə fokuslanmaq, onun bütün incəliklərini öyrətmək daha vacib və məqsədəuyğundur” – deyə professor bildirib.
Qeyd edək ki, avqustun 1-i Azərbaycan Dili və Əlifbası Günüdür.
Bizim.Media